Baş Prokurorluqdan vətəndaş müraciəti ilə bağlı açıqlama

Baş Prokurorluqdan vətəndaş müraciəti ilə bağlı açıqlama
21.10.2025 17:34 Hadisə

Bəzi sosial media səhifələrində Ayvazlı Lalə Abbasəli qızının səhhətində həkim səhlənkarlığı nəticəsində problemlər yaranması barədə müraciəti üzrə Yasamal rayon prokurorluğunda qeyri-obyektiv araşdırma aparılmasına dair məlumatlar yayılıb.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.  

Bununla bağlı bildirilir ki, vətəndaş Lalə Ayvazlı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda rəhbər şəxslər tərəfindən dəfələrlə qəbul edilərək dinlənilib, qanunvericiliyin tələbləri ona ətraflı şəkildə izah edilib, şikayəti üzrə toplanmış yoxlama materialı Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda ətraflı öyrənilməklə, narazı olduğu bütün hallar üzrə əlavə araşdırılması üçün zəruri göstərişlər verilib.

Belə ki, Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı bir sıra zəruri prosessual hərəkətlər icra olunub, habelə komisyon məhkəmə-tibb ekspertizası təyin edilərək müvafiq rəy alınıb, 31 mart 2023-cü il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib. 

Həmin qərar L.Ayvazlının şikayəti əsasında 10 may 2023-ci il tarixdə Baş Prokurorluq tərəfindən ləğv edilib və yoxlama materialı üzrə araşdırmanın davam etdirilməsi vətəndaşın müraciətində nəzərə alınmaqla Yasamal rayon prokurorluğuna tapşırılıb.

Yasamal rayon prokurorluğunda əlavə araşdırma aparılan müddətdə material üzrə bir neçə dəfə ekspertizalar, o cümlədən təkrar komisyon məhkəmə-tibb ekspertizası, əlavə komisyon məhkəmə-tibb ekspertizaları keçirilib, L.Ayvazlının və onun şikayətçi olduğu “Kəpəz”  Hospitalın həkimlərinin izahatları alınıb, habelə əməliyyat tapşırığı, eləcə də müvafiq sorğular verilərək cavablar alınıb.

Lalə Ayvazlının həm qəbullar zamanı, həm də yazılı müraciətlərində göstərdiyi xüsusatlar toplanmış sübutlar və ekspertiza rəyləri ilə öz təsdiqini tapmadığından, toplanmış material üzrə bir neçə dəfə, sonuncu dəfə isə 30 sentyabr 2025-cu il tarixdə Yasamal rayon prokurorluğunda Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib.

Bundan başqa, vətəndaş L.Ayvazlının onu əməliyyat etmiş S.Xudiyevanın plastik cərrah kimi “Badam” klinikasında qanunsuz fəaliyyət göstərməsi barədə digər müraciəti araşdırılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib və S.Xudiyeva nazirlik tərəfindən tutduğu vəzifəsindən çıxarılıb.

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Bütün Xəbərlər