Babayandan Xocalı ilə bağlı ETİRAF

Babayandan Xocalı ilə bağlı ETİRAF
04.09.2025 13:54 Hadisə

Sentyabrın 4-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayanın ibtidai istintaqa verdiyi ifadə elan olunub.

TodayPress TV xəbər verir ki, onun ibtidai istintaqa ifadəsinin bir hissəsi 1992-ci il fevral ayında baş vermiş Xocalı soyqırımı və ondan sonrakı hadisələrlə bağlı olub.

M.Babayan ibtidai istintaqa ifadəsində qeyd edib ki, fevralın 24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək növbəti gün, yəni 1992-ci il fevralın 25-də gecə radələrində hücuma keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam törədəcəklərini bildirib. Onlar komandir Arkadi Şirinyanın əmrinə uyğun olaraq hazırlıq görməyə başlayıblar.

Hücuma keçməzdən əvvəl Xocalı şəhəri Xankəndi istiqamətində olan yüksək dağlıq ərazidə yerləşən artilleriya və reaktiv yaylım atəş sistemlərinin yerləşdiyi mövqelərdən top, minatan və digər təyinatlı mərmilərlə aramsız atəşə tutulub. Təxminən 30-40 dəqiqə davam edən aramsız artileriya, minaatan və "BM-21-QRAD" sistemlərinin atəşlərindən sonra onlar fevralın 25-dən 26-na keçən gecə saat 24 radələrində Xocalı şəhərinə daxil olubar.

Şəhərə daxil olduqdan sonra hər iki tərəfdən avtomat, pulemyot, qumbaratanlardan istifadə edilməklə Xocalıda qarşılarına çıxan dinc əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər ayaqları yalın, qucaqlarında körpə uşaqlarla birlikdə Xocalı şəhərinin yaxınlığından keçən Qarqar çayını keçərək yaxınlıqdakı dağlara doğru və Ağdam rayonunun Şelli kəndi istiqamətində qaçıblar. Qaçan şəxslər əvvəlcədən şəhərin ətrafında postlar quraraq qaçan əhaliyə atəş açıb öldürmək üçün orada gözləyən digər erməni silahlı qüvvələri tərəfindən güllələnib. Xocalı şəhərində evlər talanıb, yandırılıb, qadınlar zorlanıb, insanlar çoxsaylı işgəncələrə məruz qalıb, tank və döyüş maşınları insanların üzərindən keçərək onları əzmişdir.

M.Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca, yaşlı demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan və digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər törədilsin. Ümumiyyətlə Xocalı şəhəri uzun müddət mühasirədə olduğundan sakinlər şəhərdən çıxa bilməyib, hücum zamanı da çox az sayda insan oradan çıxaraq xilas ola bilib.

Təqsirləndirilən şəxs bildirib ki, 1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar davam edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər