Ali Məhkəmə: Məhkəmə hökmü olmadan heç kimə cinayətkar demək olmaz

Ali Məhkəmə: Məhkəmə hökmü olmadan heç kimə cinayətkar demək olmaz
03.03.2026 13:19 Hadisə

Təqsirsizlik prezumpsiyası şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir.

Bu barədə TodayPress TV-yə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bu qadağa ibtidai istintaq və məhkəmə istintaqının aparıldığı dövrü də əhatə edir. Bu o deməkdir ki, yalnız şəxsin məhkum edilməsi barədə məhkəmənin hökmü varsa və həmin hökm qanuni qüvvəsini almışsa şəxs cinayət əməlini törətməkdə təqsirli bilinir.

Azərbaycan Respublikası Ali Məhkəməsi ilk dəfə olaraq təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı mühüm məqamları "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında Plenum Qərarında açıqlayıb.

Təqsirsizlik prezumpsiyasının əsas məqsədi cinayət mühakiməsi üzrə icraatı həyata keçirən şəxslərə (təhqiqatçı, müstəntiq, prokuror, hakim) əsassız təzyiq və təsirin qarşısının alınmasına, şəxsin obyektiv şəkildə mühakimə olunmasına nail olmaqdır.

Bu baxımdan, xüsusən mediada yazılar dərc ediləndə bu məsələyə diqqət yetirilməli, şəxsin təqsirliliyinə dair qanuni qüvvəsini almış hökm olmadan onun tərəfindən hər hansı cinayətin törədilməsi ilə bağlı təsdiqedici ifadələrdən çəkinilməlidir.

Konstitusiyanın 63-cü maddəsi ilə təminat altına alınmış təqsirsizlik prezumpsiyasının pozulması 2 halın eyni anda mövcudluğu ilə şərtləndirilir: şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökmün olmaması; şəxsin cinayət əməlinin törədilməsində təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılması

Məsələn. Mediada "A adlı şəxsin B şəxsinə münasibətdə dələduzluq edərək, onun 10.000 manat məbləğində vəsaitini talamışdır." və ya "A adlı vəzifəli şəxs B adlı şəxsin işlə təmin edilməsi məqsədi ilə ondan 100.000 manat məbləğində rüşvət almaqla, korrupsiya cinayətini törətmişdir." məzmunda məqalənin dərc edilməsi, "A" adlı şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittihamedici hökmü yoxdursa, onun təqsirsizlik prezumpsiyasını pozur.

Təqsirsizlik prezumpsiyası hüququna qanunsuz müdaxilə edilmiş şəxs həm bu hüququn müdafiəsi üsullarının tətbiqi, həm də bu hüququn pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası tələblərini irəli sürə bilər.

Təqsirsizlik prezumpsiyası hüququnun pozulması şəxsin şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə nəticələndiyindən, onun müdafiəsi üsullarını da şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi üsulları (biri və ya bir neçəsi tətbiq oluna bilər) təşkil edir: pozuntunun təsbit edilməsi; pozuntunun qarşısının alınması (məlumatın yayılmasının qarşısının alınması, qadağan edilməsi); pozuntunun aradan qaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.); digər üsullar. (məsələn, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzu ləkələyən məlumatları yaymış şəxsin, yəni cavabdehin müəyyən edilməsi mümkün olmadıqda hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi üsulu).

Şəxs, təqsirsizlik prezumpsiyası pozulduğu andan sadalanan tələbləri irəli sürə bilər. Şəxs barəsində sonradan ittihamedici hökm çıxarılaraq qanuni qüvvəsini alsa belə, tələb hüququ aradan qalxmır. Çünki, cinayət əməlinin törədilməsi ilə bağlı təsdiqedici ifadələrin işlədildiyi və ya məlumatların yayıldığı vaxt qanuni qüvvəyə minmiş hökm mövcud olmayıb.

Təqsirsizlik prezumpsiyası hüququnun cinayət mühakiməsi icraatının hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırma mərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiya məhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayəti törətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha az həcmdə mənəvi zərərin vurulmasına səbəb olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər