Ermənistanın əsirliyində olmuş zərərçəkmiş: "Ruletka" oynayıb əsir yoldaşımı qətlə yetirdilər

Ermənistanın əsirliyində olmuş zərərçəkmiş: "Ruletka" oynayıb əsir yoldaşımı qətlə yetirdilər
23.10.2025 15:38 Hadisə

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ifadələrin elan olunması ilə davam etdirilir.

TodayPress TV xəbər verir ki, oktyabrın 23-də keçirilən məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan olunub.

Zərərçəkmiş şəxs qismində dindirilmiş Azad Kamal oğlu Tahirovun elan olunan ifadəsinə əsasən, o, Ermənistanın əsirliyində olarkən Maksim adlı polis əməkdaşının avtomat silahın uc hissəsi ilə onun ağzından möhkəm zərbə vurması nəticəsində dişinin biri qırılıb. Habelə Maksim yanılı vəziyyətdə olan siqareti onun boynuna basmaqla söndürüb. Eyni zamanda, həmin Maksim barabanlı tapançaya bir güllə qoyub fırlatmaqla onunla əsir yoldaşları arasında "ruletka" oyunu oynayıb. Yəni, tapançanı növbə ilə əvvəl onun, sonra Şahlar Qurbanovun başına dirəyərək tətiyi çəkib. İki halda atəş açılmayıb. Lakin Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə isə açılmış atəş nəticəsində sonuncu yerindəcə ölüb. Qətlə yetirilmiş Tağı Bayramovun meyitini Ermənistan hərbçilərinin tələbi ilə çayın kənarına aparıb orada basdırıblar.

Telman Bəbir oğlu Zeynalovun elan olunan ifadəsinə əsasən, o, digər iş yoldaşları ilə birlikdə Cəbrayıl rayonunun Mehdili kəndində açıq sahədə minatəmizləmə əməliyyatını həyata keçirərkən piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.

Növbəti ifadə Bəhruz Tapdıq oğlu Nəsirova aid olub. Onun elan olunan ifadəsinə əsasən, iş yoldaşları ilə birlikdə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində işğal dövründə Ermənistan tərəfindən əvvəlcədən məqsədli şəkildə basdırılmış minaların təmizlənməsi əməliyyatını icra edərkən mina partlayışı nəticəsində xəsarət alıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər