Ağdamda alov mina sahəsinə çatdı: Ard-arda partlayışlar başladı - VİDEO

Ağdamda alov mina sahəsinə çatdı: Ard-arda partlayışlar başladı - VİDEO
22.07.2026 21:35 Hadisə

Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.

TodayPress TV xəbər verir ki, rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.

Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir.

20:58

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

19:10

Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


XƏBƏR LENTİ
22 IYUL 2026
Ukraynada yeni baş komandan artıq iş başındadır 22:35 Putinin çevrəsində baş verir? - Zelenski elə şeylər dedi ki… 22:16 Xalq artisti İsraildə dəfn olundu 22:06 UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo"ya məğlub oldu - VİDEO 20:11 İran Küveytə 4 şərt qoydu - SİYAHI 21:49 Ağdamda alov mina sahəsinə çatdı: Ard-arda partlayışlar başladı - VİDEO 19:07 Trampın elçiləri Zelenski ilə görüşdü - TƏCİLİ 21:05 Epşteynin ehtimal olunan şəriki ölü tapıldı 20:38 Rusiyanın zərbələri Ukraynanın dəniz ticarətinə daha bir zərbə vurdu 20:26 Məxfi məlumatlarla bağlı saziş imzalandı 20:06 “İnstagram” çökdü 19:53 Krasnodar sakinlərinə TƏCİLİ xəbərdarlıq: “Evdən çıxmayın!” 19:48 Tramp: “Bunu heç kim istəmir” 19:39 MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir təşkil etdi 19:15 İsrail naziri: “Türkiyə ilə müharibə sabah başlaya bilər” 19:01 Paşinyandan Almaniya kanslerinə təcili zəng - Nə danışıldı? 18:52 ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi 18:37 Bakıdakı məşhur universitet bağlanır? 18:30 Trampdan İrana son xəbərdarlıq: “Əgər bu addım atılsa, Tehran vurulacaq! 18:15 Sahibkarlar üçün yeni imkan - QƏRAR VERİLDİ 18:10 Maaş əlavəsi ilə bağlı mühüm qərar: Kimlərə şamil olunur? 18:05 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan ekstradisiya olundu 17:37 Dələduzluq edən şəxs bu ölkədən ekstradisiya edildi 17:25 İran itkilərini yenilədi- 53 nəfər... 17:32 Rezidenturaya qəbul omlag istəyənlər DİQQƏT! Qeydiyyat başlandı 16:46 Bütün Xəbərlər