"6 milyon dolları böldük" - DTX-nin Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derrazın məhkəməsi

"6 milyon dolları böldük" - DTX-nin Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derrazın məhkəməsi
12.09.2025 09:00 Hadisə

Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

TodayPress TV xəbər verir ki , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

O, suallara cavab olaraq bildirib ki, Fərhad Əhmədova müqavilə əsasında kömək edib:

"Müqavilə əsasında Fərhad Əhmədova işləri ilə bağlı məsləhətlər vermişəm. Əhmədovun yaxtasını həbsdən azad etmək üçün hüquqşünaslar və bəzi adamlarla görüşlər keçirmişəm. Mən ixtisasca mühəndis olsam da, insanlara hüquqi yardım, texniki yardım kimi məsələlərlə yardım eləmişəm. Fərhad Əhmədovun oğluyla yaxtanın həbsdən azad edilməsi ilə bağlı görüşlərim olub. Mənim missiyam yaxtanın həbsdən azad edilməsi ilə bağlı aparılan işlərdə koordinasiyanı qurmaq və bu işlərin həllini təmin etmək idi. Mən onların mandatlı nümayəndəsi idim. Həmin mandatı istintaqa da, məhkəməyə də təqdim etmişəm".

Təqsirləndirilən şəxs bildirib ki, yaxta azad olunsaydı, bonus alacaqdı: "Lakin işlər biz deyən kimi olmadı, məhkəmə yaxtanı azad etmədi. Hər ikimizin ortaq dostlarımız vardı. Onların sayəsində bir-birimizi tanıdıq. Sonra yaxta ilə bağlı söhbət etdik və görüləcək işlərlə bağlı müqavilə imzaladıq. Müqaviləyə əsasən də hüquqi, texniki və maliyyə məsələlərini həll etməliydim. Aleksandr Benallanı (Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri) orada hamı tanıyırdı. Onunla hər hansı biznesim olmayıb. Benalla da Fransa Administrasiyasından çıxarılandan sonra Dubayda hüquq işləri ilə məşğul olurdu. Fərhad Əhmədovun yaxtasının azad olunması ilə bağlı işə o da qoşulmuşdu".

Anass Derraz qeyd edib ki, imzalanan müqavilələrə görə də onun qonorarı olmalıydı: "Həmin köçürülən pullar da qonorarımla bağlı olub. Təxminən 5-6 ay müqavilə əsasında mən Fərhad Əhmədovun işlərini görmüşəm, vaxt sərf etmişəm".

Prosesdə daha sonra Anass Derrazın istintaqa verdiyi ifadə elan olunub.

Təqsirləndirilən istintaqa ifadəsində deyib ki, Aleksandr Benalla Mərakeş əsilli Fransa vətəndaşıdır: "2018-ci ilin oktyabrında London Məhkəməsi tərəfindən milyarder Fərhad Əhmədovun yaxtasına həbs qoyulduğunu dostlarım vasitəsilə mənə bildirdilər. Məndən kömək istədilər. Pul müqabilində kömək edə biləcəyimi dedim. Benalla özü də danışıq zamanı öz nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini bildirdi. Mənim isə bu işdə vəzifəm vəkil tapmaq, yerli nüfuza malik adamlarla tanış olmaq idi. Dedilər ki, gəminin bir ay sahildə qalması bir milyon dollar edir. Oteldə görüşərək müqavilə imzaladıq. Bizim işimiz ondan ibarət idi ki, yaxtanın üzərinə qoyulan həbsi götürərək beynəlxalq sularda üzməyini təmin edək. Müqaviləyə əsasən bu işlərə Fərhad Əhmədov 6 milyon 140 min dollar ödəməliydi. Mənə dedilər ki, 1 milyon mənə veriləcək. Lakin mən razılaşmadım. 2 milyon 250 min dollar mənə, 3 milyon 290 min dollar isə Benallaya verilməli idi. Qalan pul da görülən işlərə gedəcəkdi. İlkin olaraq hesabıma 200 min dollar göndərildi. Benalla da 400 min dollar aldı. İş tam başa çatmadığı üçün qalan pul verilmədi. Müqaviləyə əsasən mən nüfuzlu şəxslərlə əlaqə yaradaraq yaxtanın azad olunması ilə bağlı danışıqlar aparmalı, həmçinin hüquqi yardımlarla bağlı vəkillərlə danışmalıydım. Benalla ilə ancaq telefon vasitəsilə əlaqə saxlamışam. Benalla da öz nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini deyirdi. Mətbuatdan oxuduğuma görə Benalla Rusiyada yaşayan milyarder İsgəndər Mahmudovdan külli miqdarda rüşvət aldığı üçün məsuliyyətə cəlb olunub".

Təqsirləndirilən şəxs bildirib ki, Benallaya köçürülən 400 min dollar bank əməkdaşları tərəfindən şübhəli hesab olduğundan imtina edilib:

"Pulun mənbəyini soruşduqda Benalla Fərhad Əhmədova məxsus yaxtanın azad edilməsi üçün vəsaitin olduğunu bildirib. Bank əməkdaşları internetdə yaxtanın həbsdə olmadığını gördükləri üçün əməliyyatdan imtina etdilər. Amma mənə köçürülən 200 min dolların mənbəyini bildirdiyim üçün bankda problem yaranmadı".

Hakim deyib ki, növbəti proses oktyabrın 2-də şahidlərin ifadələri ilə davam etdiriləcək. 

İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa tərəflər Fərhad Əhmədovun  özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib. Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dollarını, gəmi üzərində həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməyini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb. 

F.Əhmədov Anass Derrazın "AL HILAL BANK"dakı hesabına 200 min dollar  və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına 400 min dollar köçürüb.

Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət alınmasında köməklik etmədə ittiham olunur. Qeyd edək ki, DTX tərəfindən Anass Derraza qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq  ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandr Benallanın beynəlxalq axtarışa verilməsi ilə bağlı İntrerpola müraciət olunub. Bir müddət əvvəl İnterpol A.Benallanı "Qırmızı bülleten"lə axtarışa verib. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub. 

İnterpolun A.Benallanı ən ciddi hüquqi əsas olan "Red Notice" ("Qırmızı bülleten") əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. "Qırmızı bülleten" şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Bütün Xəbərlər