Millət vəkili: “Azərbaycanın resursları regionun iqtisadi məsələlərini həll edir”

Millət vəkili: “Azərbaycanın resursları regionun iqtisadi məsələlərini həll edir”
20.01.2026 20:36 Gündəm

“Azərbaycan modeli bu gün yalnız ölkənin deyil, dünyanın və Avropanın mənafeyinə xidmət edir”.   

Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu TodayPress TV-yə   danışarkən deyib.

Onun sözlərinə görə, Avropaya enerji resurslarını çatdırmaq üçün indi bir neçə mühüm amil nəzərə alınmalıdır:  

"Təbii ehtiyatların mövcudluğu hələ bu xəttin qurulacağı anlamına gəlmir. Bunun üçün ixrac edən ölkə ilə Avropa ölkələri arasında yaxşı münasibət, enerji resurslarının Avropaya çatdırılması üçün müvafiq kommunikasiya xətləri, həmçinin ixrac edən ölkədə sabitlik, qarşıdurmanın olmaması və inkişaf elementləri vacibdir". 

Deputat diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerjiyə tələbatını təmin edir və regionda sabitliyi gücləndirir:

“Azərbaycan bütün bu şərtlərə malikdir. Təqribi hesablamalara görə, Avropanın enerjiyə olan tələbatının 10 faizi Azərbaycan tərəfindən ödənilir. Avropa yalnız məkan və insan sayı demək deyil; onun enerjiyə tələbatı dünyanın digər regionlarından qat-qat yüksəkdir. Bu, Avropada Azərbaycanla bağlı inamı artırır və münasibətlərin uzunmüddətli olacağını göstərir. Eyni zamanda, Azərbaycan və region üçün də çox əhəmiyyətli məsələyə çevrilir. Regionda sabitliyin uzunmüddətli olması üçün bu, vacib amildir”.

A.Mirzəzadə, həmçinin vurğulayıb ki, Azərbaycan modeli regionun sabitliyinə və beynəlxalq maraqlara xidmət edir:

“Azərbaycanın daxil olan maliyyə resursları ölkəmizin və regionun bir çox iqtisadi məsələlərini həll edir. Dünyanın Azərbaycana diqqəti artır və regionla bağlı məsələlərdə beynəlxalq ictimaiyyət diqqətli olmağa çalışır. Həm region ölkələri, xüsusilə Azərbaycan, həm də aparıcı dövlətlər regionun sabitliyinin qorunmasında maraqlıdırlar”. 

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibəsində Azərbaycanın  Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkə olduğunu bildirib. Dövlət başçısı onu qeyd edib ki, bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər