"Global Terrorism Index 2026": Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır

"Global Terrorism Index 2026": Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır
31.03.2026 09:15 Gündəm

"Global Terrorism Index 2026" (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

TodayPress TV xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Pakistan (8.574), 2.Burkina Faso (8.324), 3.Niger (7.816) daxil edilib.

Qeyd olunan sıralamada Suriya (7.38) 6-cı, İsrail (6.79) 10-cu, Əfqanıstan (6.678) 11-ci, Hindistan (6.428) 13-cü, Rusiya (5.593) 17-ci, İran (5.477) 18-ci, ABŞ (4.521) 28-ci, Almaniya (4.447) 29-cu, Fransa (3.224) 35-ci, Türkiyə (3,212) 36-cı, Çin (1.311) 54-cü, İsveçrə (0.749) 67-ci, Birləşmiş Ərəb Əmirlikləri (0.749) 68-ci, Gürcüstan (0.506) 77-ci, Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb.

Ötən ilin hesabatına əsasən terror təhlükəsi üzrə qeyd olunan sıralamada "0.233" indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan 2026-cı ildə üç reytinq də yüksələrək "0.123" indekslə 93-cü yerdə qərarlaşmış, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

"Global Terrorism Index" (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanan "Global Terrorism Index" hesabatları Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı, digər beynəlxalq təşkilatlar və beynəlxalq akademik institutlar üçün istinad mənbəyi kimi çıxış edir. Hesabatlar eyni zamanda ölkələrə geniş iqtisadi infrastrukturda xarici investisiya yatırımları zamanı nəzərə alınan əsas mənbələrdən hesab olunur.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, dini, siyasi, milli və digər zəminlərdə terror-təxribat təhdidlərinin yüksək olduğu kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda yerləşsə də, uğurlu daxili və xarici dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada çox yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikası Prezidentinin vurğuladığı kimi, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu olmadan bütün başqa səylər mənasızdır.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər