Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edildi

Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edildi
30.05.2025 15:08

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dünya Bankının “Dünya maliyyəsinin idarə edilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı”nın dövlət büdcəsinin icrasına dair təcrübə mübadiləsi təşkil edilib.

TodayPress TV xəbər verir ki, Üzv ölkələrin maliyyə nazirlərinin müavinləri, xəzinədarlıq rəhbərlərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru və PEMPAL şəbəkəsinin Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin sədri Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirdə N.Qasımzadə PEMPAL ölkələrində həyata keçirilən islahatlara dair məruzəsini təqdim edib, maliyyə sahəsində Azərbaycanda aparılan islahatlar, həmçinin keçirilən hərraclar, xəzinədarlığın elektron təşkili, xəzinə informasiya sisteminin müasirləşdirilməsi və digər məsələlər haqqında ətraflı məlumat verib.

PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib, hökumət xərclərinin idarə edilməsi üzrə dövlət fiskal orqanlarının şəbəkəsidir və özündə Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropanın 21 ölkəsini birləşdirir.

Proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır.

PEMPAL Proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.

FOTOLAR

Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edildi — 1
Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edildi — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər