Azərbaycan və IMF IV Maddə üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüş keçirdi

Azərbaycan və IMF IV Maddə üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüş keçirdi
25.07.2025 17:23

İyulun 25-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, görüş zamanı ölkədə baş verən makroiqtisadi və makrofiskal proseslər, ilin sonuna və ortamüddətli perspektivlər, eləcə də son dövrlərdə həyata keçirilmiş təşəbbüslər və planlar, həmçinin növbəti ilin əvvəllərində keçirilməsi planlaşdırılan BVF-nin IV Maddə üzrə məsləhətləşmələr missiyası ilə bağlı müzakirələr aparılıb.

BVF nümayəndə heyətinə növbəti ortamüddətli dövr üzrə makrofiskal çərçivənin komponentləri, gəlir və xərc siyasətinin əsas istiqamətləri, dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatlar və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Tərəflər həmçinin fiskal siyasət sahəsində əsas islahatlar gündəliyi və bu islahatlara BVF-nin mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycanla BVF arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə olunub, Azərbaycan hökumətinin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Fond tərəfindən təqdim olunan texniki yardım proqramlarının və məsləhət xidmətlərinin ölkəmizdə makroiqtisadi sabitliyin və fiskal idarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.

FOTOLAR

Azərbaycan və IMF IV Maddə üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüş keçirdi — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər