Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı

Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı
23.06.2025 18:05 Elm və Təhsil

ADA Universitetinin İxtisasartırma Proqramı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən “Xarici Siyasət Proqramı” iyunun 22-də uğurla başa çatdı.

TodayPress TV xəbər verir ki, 9–22 iyun tarixlərini əhatə edən proqram çərçivəsində Avropa, Latın Amerikası, Afrika, Okeaniya, Orta Şərq və Asiyanı təmsil edən 27 ölkədən 30 xarici diplomat ADA Universitetində bir araya gəlib. 

Proqram çərçivəsində iştirakçılar üçün ADA Universitetinin professor-müəllim heyəti, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Xarici İşlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi müavinləri, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin müşavirləri səviyyəsində çıxışçılar, və digər dövlət və özəl sektordan dəvət edilmiş yüksək rütbəli ekspertlər tərəfindən geniş məruzələr təqdim olunub. Təlimlərdə milli kimlik, regionun siyasi tarixi, COP29, Azərbaycanın xarici siyasət prioritetləri, enerji diplomatiyası, regionun geosiyasəti və təhlükəsizliyi, Azərbaycanın iqtisadi inkişaf strategiyası, işğaldan azad edilmiş Qarabağın bərpası və sülh quruculuğu prosesi, ictimai diplomatiya, ticarət və nəqliyyat şəbəkələri, beynəlxalq cinayətkarlıqla mübarizə, liderlik və ictimai nitq bacarıqları, Azərbaycanın turizm imkanları,  kimi mövzular əhatə olunub.

Həmçinin əcnəbi diplomatlar Xarici İşlər Nazirliyi və Milli Məclisdə keçirilən dəyirmi masalarda Azərbaycanın xarici siyasətini müzakirə ediblər. 

Proqram çərçivəsində iştirakçılar Azərbaycanın azad edilmiş ərazilərinə – Şuşa və Xankəndi şəhərlərinə səfər edərək regionun tarixi, mədəni və siyasi reallıqları ilə əyani şəkildə tanış olublar. İki həftəlik proqram boyunca onlar eyni zamanda ölkənin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı da əldə ediblər.

Bağlanış mərasimində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektoru Dr. Elkin Nurməmmədov proqram iştirakçılarını təbrik edərək, bu təşəbbüsün ölkələrarası dialoqu və qarşılıqlı anlaşmanı gücləndirəcəyinə inandığını bildirib. Prorektor müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, bu il proqram iştirakçı sayı və coğrafi əhatəsinə görə rekord göstəricilərlə yadda qalıb. O, proqramı yalnız Azərbaycan və regionu tanımaq üçün fürsət deyil, həm də diplomatik bacarıqların inkişafı üçün mühüm bir öyrənmə platforması kimi dəyərləndirib. 

Tədbirdə Çili, Qırğızıstan, Ukrayna və Fələstin kimi ölkələrin Azərbaycandakı səfirləri və digər diplomatik nümayəndələri də iştirak edərək proqramın uğurunu vurğulayıblar və iştirakçıları təbrik ediblər.

Mərasim iştirakçılara sertifikatların təqdim olunması ilə başa çatıb.

Qeyd edək ki, 2018-ci ildən etibarən keçirilən bu proqram çərçivəsində bu günədək 89 ölkədən 148 diplomat məzun olub.

FOTOLAR

Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 1
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 2
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 3
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 4
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 5
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 6
Xarici diplomatlar üçün “Xarici Siyasət Proqramı” uğurla başa çatdı — 7
XƏBƏR LENTİ
05 AVQUST 2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 Bütün Xəbərlər