"TikTok" "Azərbaycan Müəllimləri" müsabiqəsinin nəticələrini elan etdi

"TikTok" "Azərbaycan Müəllimləri" müsabiqəsinin nəticələrini elan etdi
18.06.2025 10:30 Elm və Təhsil

Video məzmun yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən ilk #AzərbaycanMüəllimləri müsabiqəsinin yekunlarını açıqlayıb. Müsabiqə, biliklərini və təhsil məzmununu geniş auditoriyaya çatdırmaq üçün yaradıcı yanaşmalardan istifadə edən, ölkənin dörd bir yanından istedadlı müəllimləri bir araya gətirdi.

TodayPress TV xəbər verir ki, müsabiqədə iştirak etmək üçün məktəb, kollec və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunmuşdu.

Bunun üçün onlardan öz fənləri haqqında maarifləndirici videoları platformada paylaşmaları tələb olunurdu. Ölkənin müxtəlif bölgələrindən yüzlərlə müəllim müsabiqədə iştirak edib, rəsmi #AzərbaycanMüəllimləri həştəqi ilə 4 mindən çox təhsil videosu paylaşılıb.

Müsabiqənin qalibləri yüksək keyfiyyətli tədris videoları paylaşan və çox sayda baxış toplayan üç müəllim oldu.

- Günel Əkbər — Bakı şəhəri, 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir. Günel TikTok-da böyük məşhurluq qazanıb - artıq 700 mindən çox izləyicisi var. O, həm maarifləndirici, həm də məktəb həyatından sevincli və duyğulu anları paylaşır.

- Aysel Yaqub — Bakı şəhərindəki “Simurq” liseyində riyaziyyat və informatika müəllimidir. Həyatsevər və həmişə gülərüz olan Aysel şagirdlərini çox sevir və onlar da ona qarşı eyni sevgini göstərirlər. TikTok-da müəllimə müxtəlif riyazi məsələlərin həllinə dair izahlar və faydalı məsləhətlər paylaşır.

- Bəxtiyar Bəxtiyarlı — Yardımlı rayonundakı İlgər Şəkərov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Müxtəlif çətin mövzuların izahı ilə yanaşı, Bəxtiyat öz videolarında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında danışır.

“Bu il Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan müəllimləri üçün yeni bir təşəbbüs irəli sürdük. Ölkədə çox sayda yaradıcı müəllimin qısa videolar vasitəsilə təhsil məzmununu yeni və maraqlı formatda təqdim etdiyini görürük. Ümid edirik ki, bu müsabiqə Azərbaycanda müsbət ənənəyə çevriləcək və müəllimlərin sayəsində TikTok platformasında müxtəlif fənlər üzrə biliklər daha geniş auditoriyaya çatacaq,” — deyə Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada TikTok-un əməliyyatlar üzrə rəhbəri Melis Çağlar bildirib.

Müsabiqənin qaliblərinə dəyərli hədiyyələr — TikTok platforması üçün keyfiyyətli kontent yaratmağa kömək edəcək iPhone 16 Pro smartfonları təqdim olunacaq.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər