Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirildi

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirildi
30.05.2025 10:17 Elm və Təhsil

28–29 may 2025-ci il tarixlərində Dubay şəhərində yerləşən “Microsoft” İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə “Microsoft”un regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib.   

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, nümayəndə heyətinə elm və təhsil nazirinin müavini Həsən Həsənli rəhbərlik edib. 

Görüşlər zamanı süni intellekt texnologiyalarının təhsildə tətbiqi, məlumatların idarə olunması və təhsilə uyğunlaşdırılmış böyük dil modellərinin (LLM for Education) inkişafı mövzularında ətraflı fikir mübadiləsi aparılıb. 

Tədbir çərçivəsində "Microsoft"un təhsildə transformasiya sahəsindəki yanaşması təqdim edilib, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər müzakirə olunub.

Eyni zamanda, süni intellektin idarəetmə və tədris proseslərində praktiki istifadəsinə dair real nümunələr göstərilib. 

Görüşlərdə təhsilə yönəlik böyük dil modellərinin (LLM) yaradılması üzrə texniki planlama sessiyaları təşkil olunub, etik və məsuliyyətli süni intellekt istifadəsinə dair "Microsoft"un yanaşması təqdim edilib. 

Görüşlər nəticəsində təhsilin rəqəmsal transformasiyasının sürətləndirilməsi, süni intellektin inteqrasiyası və proseslərin inkişafı baxımından yanaşmalar əlaqələndirilib.

FOTOLAR

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirildi — 1
Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirildi — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Bütün Xəbərlər