Naxçıvan Təhsil Nazirliyi ilə BP əməkdaşlıq sazişi imzaladı

Naxçıvan Təhsil Nazirliyi ilə BP əməkdaşlıq sazişi imzaladı
10.04.2026 20:40 Elm və Təhsil
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb.

TodayPress TV-nin xəbərinə görə, imzalanma mərasimində çıxış edən Naxçıvan təhsil naziri Elxan Nəcəfov bildirib ki, BP ilə icra ediləcək bu əməkdaşlıq istedadlı şagirdlərin erkən aşkarlanması və onların beynəlxalq olimpiadalara hazırlanması üçün yeni imkanlar yaradacaq.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, saziş birgə fəaliyyət üçün möhkəm zəmin yaradaraq yerli ehtiyaclar və prioritetlər nəzərə alınmaqla, istedadlı şagirdlərə dəstək, tədris və öyrənmə imkanlarının genişləndirilməsi, eləcə də ümumi və peşə təhsili infrastrukturunun təkmilləşdirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinə imkan verəcək.

Bəxtiyar Aslanbəylinin sözlərinə görə, sazişə əsasən "British Council” ingilis dili dərslərini xüsusi həyata keçirəcək və nəticə etibarilə ingilis dili müəllimlərimizin beynəlxalq sertifikasiyası həyata keçiriləcək, onların ingilis dili tədrisinin keyfiyyətinin daha da artmasına töhfə verəcək.

"Naxçıvan Muxtar Respublikasında təhsil alan istedadlı şagirdlərimizin potensialının dünya olimpiadalarına hazırlanması həyata keçiriləcək. Bunun üçün xüsusi müəllimlər muxtar respublikaya cəlb olunacaq. Nəticə etibarilə ümid edirik ki, Azərbaycanda beynəlxalq olimpiadalarda təmsil edilən şagirdlər arasında muxtar respublikanın istedadlı şagirdləri də öz yerini alacaq”, - o qeyd edib.

Sazişi Elxan Nəcəfov və Bəxtiyar Aslanbəyli imzalayıb.

Qeyd edək ki, sazişə əsasən BP tərəfindən muxtar respublikanın bir neçə təhsil müəssisəsində kimya laboratoriyalarının qurulması və ya mövcud laboratoriyaların zənginləşdirilməsi, peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının zənginləşdirilməsi və ya yeni emalatxanaların yaradılması nəzərdə tutulur. Həmçinin şirkət tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi həyata keçiriləcək.

Yeni 2-i istehsalat emalatxanası Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində, 2 yeni laboratoriya isə Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yaradılacaq.

İmzalanma mərasimindən sonra laboratoriyaların və istehsalat emalatxanalarının yaradılacağı təhsil müəssisələrinə baxış keçirilib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər