MÜTDA: Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır

MÜTDA: Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır
19.06.2025 10:45 Elm və Təhsil

Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.

TodayPress TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

“Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu 2025-ci ilin iyun ayının 21-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə iyul ayının 8-dən, Bakı şəhəri üzrə iyul ayının 9-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə ölkə üzrə iyul ayının 10-dan başlanılır. Məktəbəhazırlıq qruplarına qəbul sentyabr ayının 12-də yekunlaşır. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması 01 - 30 sentyabr 2025-ci il tarixləri arasında aparılacaq”,- məlumatda bildirilib.

Qeyd edilib ki, məktəbəhazırlıq qruplarında uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi aparılmır. Lakin tədris digər dillərdə aparılan I siniflərə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirak mütləqdir.

Məlumata görə, prioritet Azərbaycan bölməsi üzrə Gəncə şəhərində yerləşən ümumi təhsil müəssisələrində 08 iyul – 22 iyul, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində 09 – 22 iyul tarixlərində, rus bölməsi üzrə Bakı və Gəncə şəhərində 10 iyul – 24 iyul tarixlərində tətbiq ediləcək.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər