Misir Mərdanov: “Hamı evinə yaxın məktəbdə işləsə, ucqar kəndlərə kim gedəcək?”

Misir Mərdanov: “Hamı evinə yaxın məktəbdə işləsə, ucqar kəndlərə kim gedəcək?”
12.08.2025 16:46 Elm və Təhsil

"Azərbaycan təhsil sistemində ucqar kəndlərdə müəllim çatışmazlığı problemi uzun illərdir davam edir. Bu məsələni yalnız imtahan yolu ilə həll etmək isə real görünmür".

Sabiq təhsil naziri, professor Misir Mərdanov bu fikirləri TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, ölkənin dağlıq və çətin keçilən bölgələrində müəllim kimi işləməyə maraq olduqca azdır:

“Bu problemin səbəbləri həm obyektiv, həm də subyektiv xarakter daşıyır. Vaxtilə hökumət tərəfindən təsdiq edilmiş proqram çərçivəsində həmin bölgələrə gedən müəllimlərə əlavə güzəştlər – ev, yüksək maaş və digər sosial imtiyazlar təqdim olunurdu. Və ya müəllimlərlə xüsusi müqavilələr bağlanırdı. Nəticədə isə onlar həmin bölgələrə ezam edilirdilər. Bu tədbirlər müəyyən qədər problemi yüngülləşdirirdi. Amma hazırda bu məsələnin yalnız imtahan yolu ilə tənzimlənməsi ciddi sual doğurur”.

Sabiq nazir vurğulayıb ki, Lerik, Yardımlı, Gədəbəy, Laçın, Kəlbəcər və digər dağlıq rayonların ucqar kəndlərində müəllim çatışmazlığı həmişə mövcud olub və bu problem hələ uzun müddət qalacaq.

Professor, müəllimlərin yaşadıqları əraziyə uyğun məktəblərə yerləşdirilməsi prinsipini də tənqid edib:

“Abşeronda yaşayıb aşağı bal toplayan bir müəllimin, sadəcə ünvanına yaxın olsun deyə həmin ərazidə məktəbə yerləşdirilməsi nə dərəcədə məqsədəuyğundur?”, - deyə o sual edib. 

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli açıqlamasında bildirib ki, MİQ imtahanı üzrə vakansiya seçiminə müraciət edən namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər