Kişi müəllimlərin çatışmazlığı: Onları məktəblərə necə cəlb etmək olar?

Kişi müəllimlərin çatışmazlığı: Onları məktəblərə necə cəlb etmək olar?
09.09.2025 17:17 Elm və Təhsil

"Azərbaycanda kişi müəllimlərin çatışmazlığı təhsil sisteminin əsas problemlərindən birinə çevrilib. Hazırda orta məktəblərdə çalışan müəllimlərin cəmi 17-18 faizi kişilərdir. Bəzi bölgələrdə isə ibtidai sinif müəllimlərinin hamısı qadınlardır".

Təhsil eksperti Kamran Əsədov bunu TodayPress TV-yə danışarkən bildirib.

Ekspert hesab edir ki, bu disbalans yalnız təhsil sahəsinə deyil, bütövlükdə cəmiyyətin sosial inkişafına mənfi təsir göstərir:

"Şagirdlərin formalaşmasında kişi obrazının yoxluğu oğlan uşaqlarının rol modellərinin məhdudlaşmasına səbəb olur. Bu, sosiallaşma prosesində də boşluqlar yaradır".

Kamran Əsədovun fikrincə, müəllimlik kişi gənclər üçün nə iqtisadi, nə də sosial baxımdan cəlbedici peşədir:

"Orta aylıq 700-900 manat maaş ailə dolandırmaq məsuliyyəti olan kişi üçün kifayət etmir. Bu səbəbdən kişi gənclər daha çox iqtisadi üstünlük və ya texniki ixtisaslara yönəlirlər. Bundan başqa, cəmiyyətdə müəllimlik qadın peşəsi kimi qəbul olunur. Bu stereotiplər də təsadüfi deyil, illərlə formalaşan yanaşmanın nəticəsidir".

Mütəxəssis əlavə edib ki, son vaxtlar bu problemi aradan qaldırmaq üçün müxtəlif təşviq təklifləri gündəmə gəlib. Onlardan biri də pedaqoji ixtisas seçən kişi abituriyentlərin hərbi xidmətdən azad olunmasıdır. 

O hesab edir ki, bu təşəbbüs real şərtlərlə tətbiq edilərsə, müsbət nəticə verə bilər:

"Məsələn, gənc pedaqoji ixtisasa daxil olur, təhsilini başa vurur və minimum 5 il dövlət məktəbində işləyirsə, bu halda hərbi xidmətdən azad edilə bilər. Amma bu, yalnız müqavilə əsasında və hüquqi təminatla həyata keçirilməlidir. Əks halda, təşəbbüs manipulyasiya vasitəsinə çevrilə bilər."

Kamran Əsədov qeyd edib ki, problemin yalnız hərbi xidmətdən azadolma ilə həll olunacağını düşünmək də doğru deyil. Onun sözlərinə görə, kişi müəllimləri məktəbə qaytarmaq üçün kompleks strategiya hazırlanmalıdır. Bura diferensial maaş mexanizmi, sosial statusun bərpası, ictimai kampaniyalar, idarəetmədə şəffaf karyera imkanları və əlavə güzəştlər daxildir.

"Dünyaya baxsaq, Cənubi Koreyada kişi müəllimlərə sosial paketlər, ABŞ-də "Teach for America" proqramı ilə kreditlərin silinməsi, Finlandiyada isə müəllimliyə ciddi seçim prosesi tətbiq olunur. Hər yerdə dövlət müəllimləri həm iqtisadi, həm də sosial baxımdan dəstəkləyir. Azərbaycanda isə hələlik bu sahədə konkret proqram yoxdur".

Təhsil eksperti vurğulayıb ki, Elm və Təhsil Nazirliyi problemi sadəcə statistika kimi təqdim etməklə kifayətlənir. Nə hesabat, nə də yol xəritəsi açıqlanıb. Təəssüf ki, bu yanaşma problemin daha da dərinləşməsinə səbəb olur.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Kişi müəllimlərin çatışmazlığı: Onları məktəblərə necə cəlb etmək olar? — 1
XƏBƏR LENTİ
05 AVQUST 2026
"Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Bakıda məscid yanır 21:54 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Bütün Xəbərlər