Elm və ali təhsil üzrə ictimai dinləmə keçirildi

Elm və ali təhsil üzrə ictimai dinləmə keçirildi
23.10.2025 18:12 Elm və Təhsil

Bu gün Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində elm və ali təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə ali təhsil və elmi müəssisələrin, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai dinləmədə elm və ali təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran prioritet vəzifələr müzakirə olunub. Çıxışlarda doktoranturaya qəbul göstəricilərinin artırılması, gənclərin elmi tədqiqata marağının stimullaşdırılması, elmi fəaliyyətin maliyyə və institusional əsaslarının gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Eyni zamanda ali təhsilin əmək bazarına uyğunlaşdırılması, tədqiqat yönümlü universitetlərin inkişafı, laborator və innovasiya mühitinin formalaşdırılması, eləcə də magistrant və doktorantların praktiki fəaliyyətə cəlb edilməsi məsələləri diqqətə çatdırılıb.

Müzakirələr zamanı ali təhsil müəssisələrinin reytinq və akkreditasiya göstəricilərinə əsaslanan diferensial maliyyələşmə modelinin tətbiqi, tələbələrin beynəlxalq sertifikatlar əldə etməsinə dəstək mexanizmlərinin gücləndirilməsi və təhsilin rəqəmsallaşması ilə bağlı fikir və təkliflər də irəli sürülüb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər