Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək

Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək
15.09.2025 23:10 Elm və Təhsil

Xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesini daha da çətinləşdirməyi düşünürük.

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "AzTV"nin "Hədəf" proqramında deyib.

Nazir bildirib ki, xaricdə təhsil proqramı üçün müraciət edənlərin sayı cari ildə 900 nəfərə yaxın idi:

"Bu isə seçim prosesini son dərəcə çətinləşdirirdi. Çünki iki çox yaxşı namizəd arasında yalnız bir yer olanda məcburən kimsə kənarda qalır. Biz çalışırıq ki, ən yaxşıları seçək. Təbii ki, bu prosesdə müsahibələr də aparılır. Amma qəbul etmək lazımdır ki, istənilən müsahibə müəyyən qədər subyektivdir".

Nazir qeyd etdiyi subyektivliyin minimuma endirilməsi məqsədinə nail olmağa çalışdıqlarını vurğulayıb:

"Elə bir sistem qurmaq istəyirik ki, proqramlara qəbul olunanların keyfiyyəti əvvəlcədən müəyyən olunmuş yüksək meyarlara əsaslansın. Nəticədə təxminən 500 nəfər ən yaxşı namizəd seçilsin. Bunun üçün də qəbul prosesini daha da çətinləşdirməyi, ən yüksək səviyyəli universitetlərə yönəltməyi düşünürük".

"Əminəm ki, bu proqram Azərbaycanın müstəqilliyinin və inkişafının əsas dayaqlarından biri olacaq. Çünki həmin şəxslər xaricdə təhsillərini başa vurduqdan sonra beş, on, on beş, hətta iyirmi il ərzində Azərbaycana qayıdaraq həm dövlət, həm də özəl sektorda mühüm nailiyyətlər qazanacaq və ölkəmizin inkişafına töhfə verəcəklər", - E.Əmrullayev əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bütün Xəbərlər