Meyvə şirəsi istehsalı cüzi artdı

Meyvə şirəsi istehsalı cüzi artdı
22.11.2025 16:30

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 milyon 519,5 min dekalitr meyvə şirəsi istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.

Bundan başqa, hesabat dövrünə Azərbaycanda 145 min 094,6 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 2 % azdır.

Noyabrın 1-nə ölkədə 441,2 min dekalitr meyvə şirəsi ehtiyatı, 26 min 069,7 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 31,8 % və 2,8 % azdır.

Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb 09:12 Tramp benzinin bahalaşmasına görə amerikalılardan üzr istəmədi: "Düzgün iş görmüşəm" 01:28 Etna vulkanı püskürür, turistlər isə tamaşaya gəlir 01:41 Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı 00:42 Çiro İmmobile futbola vida etdi! 01:35 ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi 00:31 Bolqarıstanın F-16 arzusu 2030-a qaldı! 01:04 Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 Bütün Xəbərlər