Bayram günləri ölkəyə nə qədər iqtisadi zərər vurur? - AÇIQLAMA

Bayram günləri ölkəyə nə qədər iqtisadi zərər vurur? - AÇIQLAMA
30.04.2026 15:50

"Bayram günlərinin iqtisadiyyata təsiri birmənalı deyil. Çünki iş günü itirilsə də, bəzi sektorlar üçün bayramlar əksinə gəlir zirvəsidir". 

Bunu TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


Onun sözlərinə görə, ticarət, restoranlar, turizm, əyləncə sektoru bayramlarda daha çox qazanır. Buna görə iqtisadi dildə "itirilmiş iş günü" deyil, "istehsal itkisi" termini işlədidir:

"İstehsal itkisi daha çox sənaye, logistika, tikinti kimi fasiləsiz axın tələb edən sektorlarda hiss edilir. Bir iş günü dayandığında konveyerin yenidən işə salınması əlavə xərc yaradır. Xidmət sektoru isə adətən daha elastikdir, həftə içi görülməyən iş həftə sonuna keçirilir. Bayramın iqtisadi təsirini “qara və ya ağ” görmək olmur, boz zonadır və sektorun xarakteri hər şeyi həll edir. Əlavə bir məqam da var: bayramın psixoloji və sosial kapital tərəfi. İnsanlar dincələndə, ailə ilə vaxt keçirəndə uzun müddətdə məhsuldarlıq artır". 

Ekspert əlavə edib ki, "tükənmiş" işçi daha baha başa gəlir. Yəni 5 günlük bayram qısamüddətli istehsal itkisi yaratsa da, orta müddətdə işçi motivasiyası, səhiyyə xərclərinin azalması, kadr axınının səngiməsi kimi dolayı qazanc gətirir:

"Xüsusən İT, maliyyə, təhsil kimi intellektual sahələrdə bu effekt güclüdür. Azərbaycan üçün başqa spesifik tərəf isə bayramların daxili turizmi stimullaşdırmasıdır. Novruz və Yeni il dövründə Quba, Qəbələ, Şəki, Naxçıvan otelləri 90-100 faiz dolur. Bakıdan regionlara pul axır. Bu da paytaxtla bölgə arasında gəlir fərqini yumşaldır. Əgər bayram olmasa, o pul ya banka yığılacaq, ya da xaricə xərclənəcək. Yəni bayram bir növ “məcburi daxili istehlak proqramı” kimi işləyir. Riskli tərəfi isə arxayınçılıqla yanaşı "inzibati xaos"dur. Bizdə bayram günləri çox vaxt son dəqiqə elan olunur və ya həftəsonuna düşəndə əlavə gün verilir". 

İqtisadçı vurğulayıb ki, biznes plan qurmaqda çətinlik çəkir:

"ABŞ-də federal bayramlar 10 ildir bəllidir, Almaniyada əyalətlər 5 il əvvəldən təqvim çıxarır. Bizdə də Əmək Məcəlləsində bayramlar sabit olsa, şirkət yanvarın 1-də bilir ki, Novruz 5 gün olacaq. Onda anbar ehtiyatı, logistika, maaş günü hamısını öncədən tənzimləyir. Qeyri-müəyyənlik itkini böyüdür. Bir də vergi-mədaxil məsələsi var. Bayramda restoran, otel, mağaza dövriyyəsi artdıqca ƏDV, aksiz yığımı da artır. Dövlət büdcəsi bayramdan da qazanır. Amma sənayenin dayanması mənfəət vergisini azaldır. Yəni büdcə üçün də “yenidənbölgü” gedir".

Akif Nəsirli həll yollarını da açıqlayıb:

"Birincisi, “körpü günləri” siyasəti. Məsələn, bayram çərşənbə axşamına düşürsə, bazar ertəsini də qeyri-iş günü edib uzun həftəsonu yaratmaq. Adamlar onsuz da bazar ertəsi işləməyəcək. Rəsmi elan olanda həm vətəndaş plan qurur, həm turizm qazanır, həm də şirkət o günü “itirilmiş” saymır. İkincisi, kritik infrastruktur üçün növbəli iş rejimini qanunla tənzimləmək. Gömrük, liman, bank köçürmələri, notariat, ASAN Xidmət bayramda da minimum heyətlə işləməlidir. Sinqapurda liman 365 gün işləyir, bizdə də Bakı Limanı və gömrük postları "bayram qrafiki" ilə çıxmalıdır. Onda ixrac zənciri qırılmaz. Üçüncüsü, saatlıq əməkhaqqı ilə bayram işini stimullaşdırmaq. Kim bayramda könüllü işləyirsə, 2 əmsalla maaş alsın. Onda həm iş dayanmır, həm də işçi əlavə qazanır. ABŞ-də “holiday pay” belə işləyir".

O, sonda qeyd edib ki, bayramda neft dayanmır, xidmət qazanır, sənaye planlaşdırır, dövlət rəqəmsallaşır. Bu dördü bir yerdə olanda "istehsal itkisi" ifadəsi yerini "mövsümi balans"a verir. Məntiq də elə bunu deyir, məsələ bayramın olmasında yox, ona necə hazırlaşmağımızdadır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 Bütün Xəbərlər