"Azərenerji"nin xalis mənfəəti 1 %-ə yaxın azaldı

"Azərenerji"nin xalis mənfəəti 1 %-ə yaxın azaldı
04.07.2025 13:24

“Azərenerji” ASC 2024-cü ili 173,834 milyon manat xalis mənfəətlə başa vurub.

TodayPress TV səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,7 % azdır.

Bununla belə, qurumun yığılmış zərəri 8,7 % azalaraq 1 820,557 milyon manata düşüb.

Ötən il “Azərenerji”nin elektrik enerjisi satışından gəlirləri 1 milyard 429,625 milyon manat (əvvəlki ilə nisbətən 15,2 % az), elektrik şəbəkəsinə qoşulma xidmətindən gəlirləri 1,231 milyon manat (2,5 dəfə az), digər gəlirləri isə 37,471 milyon manat (10 dəfə çox) olub.

2024-cü ildə qurumun yanacaq xərcləri 685,805 milyon manat (2023-cü illə müqayisədə 15,3 % az), köhnəlmə-amortizasiya xərcləri 292,832 milyon manat (5,1 % çox), işçi heyəti ilə bağlı xərcləri 126,223 milyon manat (20,4 % çox), təmir-texniki xidmət xərcləri 66,854 milyon manat (44,3 % az), xammal və material ehtiyatları xərcləri 15,462 milyon manat (27,8 % az), elektrik enerjisi alışına dair xərcləri 36,414 milyon manat (2,3 dəfə çox) təşkil edib.

Həmçinin, ötən il “Azərenerji” ƏDV-nin dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən gəliri 8,653 milyon manat (əvvəlki il zərər olub), digər xərcləri 35,435 milyon manat (49,2 % az), maliyyə xərcləri 21,854 milyon manat (11,1 % az), xarici valyuta mübadiləsindən gəlirləri 130,198 milyon manat (18,8 % az), xarici valyuta mübadiləsindən zərəri 67,686 milyon manat (2,1 dəfə az), əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlıq alınması üçün verilən avans üzrə dəyərsizləşmədən gəlirləri 29 min manat (15,2 dəfə az), mənfəət vergisi ödəmələri 58,505 milyon manat (4,6 % az), digər vergi ödəmələri isə 26,303 milyon manat (2,2 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 5 milyard 912,252 milyon manat olub ki, bu da illik müqayisədə 11,3 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 11,4 % artaraq 2 milyard 820,687 milyon manata, balans kapitalı isə 11,1 % artaraq 3 milyard 091,565 milyon manata çatıb.

Xatırladaq ki, "Azərenerji" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 760,495 milyon manatdır. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər