Azərbaycanla Britaniya arasında ticarət əməliyyatları 54,3%-dən çox artdı

Azərbaycanla Britaniya arasında ticarət əməliyyatları 54,3%-dən çox artdı
26.08.2025 14:09

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Britaniya arasında ticarət əməliyyatlarının həcmi 886,3 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 335,7 milyon ABŞ dolları və ya 54,3% çoxdur.

Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,07%-i həcmində olub. Bununla da Britaniya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Britaniyaya 215,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 182,9 milyon ABŞ dolları və ya 45,8% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Britaniyadan Azərbaycana 670,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 518,4 milyon ABŞ dolları və ya 4,4 dəfə artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

XƏBƏR LENTİ
21 IYUN 2026
Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi 10:03 Ukrayna bu ərazilərə zərbələr endirdi - Ölən və yaralananlar var - YENİLƏNİB 09:23 Prezident seçkilərinin ikinci turu keçiriləcək 09:10 Abituriyentlər bu gün imtahan verəcək 08:59 Rusiya tarixin ən böyük səfərbərliyinə başlayır: Ukrayna savaşı yenidən qızışır 08:52 DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilmədi 09:05 Alman polisindən hökumətə sərt mesaj: “Bu ölkəni itiririk” 23:25 Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur 23:22 Kimlər qan üçün donor ola bilməz? - Həkimdən açıqlama 23:18 Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı 23:15 İnsan bədəninin humusa çevrilməsi: Almaniyanın bir əyalətində ekoloji dəfn metodu təsdiqləndi 23:13 128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi 23:10 DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu 00:30 ADPU-nun müəllimi vəfat etdi 23:29 Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar... 23:36 Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 "Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi! 23:23 Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu 22:50 Bütün Xəbərlər