Zelenski: "ABŞ Putini dialoqa təşviq edə bilər"

Zelenski: "ABŞ Putini dialoqa təşviq edə bilər"
13.09.2025 20:10 Dünya

"ABŞ Putini dialoqa təşviq edə bilər"

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

Zelenski ABŞ lideri Donald Trampın NATO ölkələrinin Rusiyadan neft almağı dayandıracağı təqdirdə, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğuna dair bəyanatına münasibət bildirib.

O qeyd edib ki, liderlərin görüşü istənilən formatda ola bilər, lakin əsas məsələ qətlləri dayandırmaqdır:

"Biz Prezident Trampın təklifi ilə razıyıq: üçtərəfli format, sonra ikitərəfli və ya əksinə. Amma bu prosesdə "texniki komandalar" deyil, məhz liderlər iştirak etməlidir".

Ukrayna Prezidenti ölkəsinə silahların əvvəlcədən verilməsinin vacibliyinə də toxunub. O qeyd edib ki, son dərəcə əhəmiyyətli olan sanksiyalar çox detallı şəkildə hazırlanmalıdır:

"Əgər Rusiya öz raketləri üçün xarici şirkətlərdən ehtiyat hissələri əldə edirsə, deməli, raket istehsalı artır. Bəziləri bunu "ikili təyinatlı məhsul" adlandırır, bəziləri deyir ki, "özəl sektor istəmir", amma fakt odur ki, bu məhsullar geniş şəkildə satılır. Həll yolu raket və raketdaşıyan sistemlər üçün komponentlər tədarük edən istənilən şirkətə qarşı sanksiyaların tətbiq olunmasıdır".

XƏBƏR LENTİ
26 IYUN 2026
Keyfiyyətsiz yanacağın gizli əlamətləri 21:16 Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah etdi 21:13 DÇ-2026: Fildişi Sahili qələbə qazandı, Kurasao mundialla vidalaşdı 02:04 DÇ-2026: Ekvadora məğlub olan Almaniya qrupu lider kimi tamamladı 02:02 İllüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxdı 20:40 ABŞ Venesuelaya 150 milyon dollar ayıracaq 01:34 Ulduz futbolçudan gözlənilməz qərar: Millidəki karyerasını başa vurdu 23:43 Fransız futbolçu boğularaq öldü 23:23 Göygöldə "QAZel" yeddi yaşlı uşağı vurdu 23:36 Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi 00:22 Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür 00:12 Rubio İran üçün investisiya fondu iddialarını təkzib etdi 23:43 Pavel Durov Gürcüstana səfər etdi 23:32 ABŞ artıq neytral vasitəçi deyil - Makron 23:37 Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı 23:20 İlham Əliyev Azərbaycan Ordusu ilə bağlı paylaşım etdi 23:11 İsrail Prezidentinin helikopteri quşlarla toqquşdu 22:45 Zelenski TƏSDİQLƏDİ - Müharibənin taleyini dəyişəcək 40 gün! 22:54 Sertifikasiya imtahanında iştirak edən müəllimlərin sayı açıqlandı 21:29 BMT dənizçilərin təxliyəsi planını DAYANDIRDI - Səbəb nədir? 22:36 Ermənistana növbəti dəfə 26 vaqon yanacaq göndəriləcək 21:58 Venesuelada ölənlərin son sayı açıqlandı 22:16 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək 22:16 Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olundu 22:08 Aİ-yə ağır maliyyə yükü: İldə 3 milyard avro faiz ödənəcək 21:19 Bütün Xəbərlər