VI Felipe Madriddə Zelenskini qəbul etdi

VI Felipe Madriddə Zelenskini qəbul etdi
18.03.2026 23:50 Dünya

İspaniya Kralı VI Felipe Madridin Sarsuela Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında yazıb.

"Müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan insanlarımıza İspaniyanın yardımını yüksək qiymətləndiririk. Rusiya təcavüzünün davam etdiyi bütün bu illər ərzində Ukraynaya göstərdiyi dəyişməz dəstəyə görə Əlahəzrətə və bütün İspaniya xalqına təşəkkür edirəm", - paylaşımda bildirilib.

Ukrayna Prezidentinin saytındakı məlumata görə, Zelenski Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün əldə olunması üzrə diplomatik işlər barədə danışıb və Ukraynanın münaqişənin tezliklə başa çatması üçün mümkün olan hər şeyi etdiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İspaniyaya səfəri çərçivəsində Ukrayna lideri krallığın baş naziri Pedro Sançeslə görüşüb. İki ölkə arasında bir sıra yeni müdafiə sazişləri imzalanıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər