ÜST "Ebola" ilə bağlı fövqəladə vəziyyət elan etdi

ÜST "Ebola" ilə bağlı fövqəladə vəziyyət elan etdi
19.05.2026 19:30 Dünya

Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) baş direktoru Tedros Adhanom Qebreyesus "Ebola" virusunun yayılma sürəti və miqyasının ciddi narahatlıq doğurduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, Cenevrədə keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyasında çıxışı zamanı Konqo Demokratik Respublikası və Uqandada yayılan "Ebola" səbəbindən ilk dəfə beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyətinin elan olunduğunu açıqlayıb.

ÜST-ün məlumatına görə, indiyədək 500-dən çox şübhəli yoluxma və 130-dan artıq ölüm halı qeydə alınıb. Şimali Konqoda 30, Uqandada isə iki təsdiqlənmiş yoluxma aşkarlanıb.

Yoluxanlar arasında ABŞ vətəndaşının da olduğu, onun müalicə üçün Almaniyaya aparıldığı bildirilib.

Mütəxəssislərin sözlərinə görə, "Ebola" virusunun ilk simptomları yoluxmadan 21 gün sonra ortaya çıxa bilər.

ÜST həmçinin bildirib ki, virusun beynəlxalq yayılması artıq təsdiqlənib. Uqandanın paytaxtı Kampala şəhərində Konqodan gələn şəxslərdə iki yoluxma halı aşkarlanıb, onlardan biri ölümlə nəticələnib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Bütün Xəbərlər