Uşaqları intihar edən ailə süni zəka şirkətinə iddia qaldırdı

Uşaqları intihar edən ailə süni zəka şirkətinə iddia qaldırdı
17.09.2025 12:03 Dünya

ABŞ-də uşaqları intihar edən 3 ailə, süni zəka söhbət tətbiqi olan “Character.AI”nin inkişaf etdiricisi "Character Technologies Inc” ilə birlikdə “Google”a qarşı iddia qaldırıblar. 

TodayPress TV xəbər verir ki, ailələr, uşaqlarının intihar və ya intihar cəhdi ilə nəticələnən proseslərində tətbiqin rol oynadığını iddia ediblər.

İddialar Kolorado və Nyu Yorkda verilib. Ailələri təmsil edən Sosial Media Qurbanları Hüquq Mərkəzi, “Google”un “Family Link” valideyn nəzarət xidmətinin də gəncləri qorumaqda uğursuz olduğunu bildirib.

Şikayət ərizələrinə görə, tətbiqdəkı söhbət botları uşaqları ailələrindən uzaqlaşdırıb, emosional manipulyasiya edib. 

“Character.AI”nin sözçüsü bildirib ki, istifadəçilərimizin təhlükəsizliyi bizim üçün çox önəmlidir. Onlar gənclər üçün xüsusi təhlükəsizlik tədbirləri, valideyn baxışları və intiharın qarşısını alma mənbələri hazırladıqlarını qeyd ediblər.

“Google” isə iddia siyahısına daxil edilməsinə etiraz edərək, “Google”un süni zəka modellərinin dizaynı və idarəsində iştirak etmədiyini vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik 08:18 Kanada "Avroviziya" mahnı müsabiqəsində iştirak hüququ əldə edib 22:41 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik? 21:41 Həkim yuxusuzluğa səbəb olan vərdişdən danışdı 21:37 Beyin xərçənginin ilk simptomları nələrdir? - Həkimlərdən xəbərdarlıq 21:27 Keyfiyyətsiz yanacağın gizli əlamətləri 21:16 Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah etdi 21:13 DÇ-2026: Fildişi Sahili qələbə qazandı, Kurasao mundialla vidalaşdı 02:04 DÇ-2026: Ekvadora məğlub olan Almaniya qrupu lider kimi tamamladı 02:02 İllüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxdı 20:40 ABŞ Venesuelaya 150 milyon dollar ayıracaq 01:34 Ulduz futbolçudan gözlənilməz qərar: Millidəki karyerasını başa vurdu 23:43 Fransız futbolçu boğularaq öldü 23:23 Göygöldə "QAZel" yeddi yaşlı uşağı vurdu 23:36 Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi 00:22 Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür 00:12 Rubio İran üçün investisiya fondu iddialarını təkzib etdi 23:43 Pavel Durov Gürcüstana səfər etdi 23:32 ABŞ artıq neytral vasitəçi deyil - Makron 23:37 Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı 23:20 İlham Əliyev Azərbaycan Ordusu ilə bağlı paylaşım etdi 23:11 İsrail Prezidentinin helikopteri quşlarla toqquşdu 22:45 Zelenski TƏSDİQLƏDİ - Müharibənin taleyini dəyişəcək 40 gün! 22:54 Sertifikasiya imtahanında iştirak edən müəllimlərin sayı açıqlandı 21:29 BMT dənizçilərin təxliyəsi planını DAYANDIRDI - Səbəb nədir? 22:36 Bütün Xəbərlər