Ukrayna XİN İranı nüvə proqramını dayandırmağa çağırdı

Ukrayna XİN İranı nüvə proqramını dayandırmağa çağırdı
23.06.2025 03:00 Dünya

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, İranın nüvə proqramı dayandırılmalı və bu ölkə heç vaxt nə Yaxın Şərq dövlətlərinə, nə də digər ölkələrə təhlükə yaratmalıdır.

TodayPress TV xəbər verir ki, ölkə nazirliyi bu barədə "X"da yazıb.

Nazirliyin yaydığı açıqlamada bildirilib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün illərdir aparılan dinc səylər gözlənilən nəticəni verməyib.

“Hazırkı hadisələrin əsas səbəbi məhz İranın aqressiv addımları və beynəlxalq sülh və təhlükəsizliyi sarsıtmağa yönəlmiş uzunmüddətli dağıdıcı siyasətidir. Buraya İsrailə və digər ölkələrə qarşı düşmən münasibət də daxildir”, - deyə bəyanatda vurğulanıb.

Ukrayna İranı ölkəyə qarşı təcavüzdə iştirakda təqsirkar hesab edib. Rəsmi Tehranın Rusiyaya pilotsuz uçuş aparatları və digər texnologiyalarla hərbi yardım göstərdiyi, bunun nəticəsində dinc sakinlərin həlak olduğu və infrastrukturun məhv edildiyi bildirilib.

Ukrayna XİN əlavə edib ki, İranın bu fəaliyyəti BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə, xüsusilə də sənədin B əlavəsinin 4-cü bəndinə açıq şəkildə ziddir və bu, beynəlxalq reaksiya tələb edir.

Eyni zamanda, İranın Yaxın Şərqdə öz proksi qüvvələri vasitəsilə vəziyyəti daha da gərginləşdirdiyi və regional sülhə təhdid yaratdığı vurğulanıb.

Bəyanatda deyilib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi tədbirlər İslam Respublikasına aydın siqnal göndərib – bu siqnal regional sabitliyi pozan siyasətlərin davam etdirilməsinin qəbuledilməzliyidir.

Ukrayna nüvə silahlarından könüllü imtina edərək dünya tarixində nüvə tərksilahına ən böyük töhfə verən ölkə kimi kütləvi ölümlərə səbəb olan silahların yaratdığı təhlükənin səviyyəsini yaxşı anladığını diqqətə çatdırıb. Ukrayna hesab edir ki, İranın nüvə proqramının aradan qaldırılması təkcə Yaxın Şərqdə deyil, bütün dünyada təhlükəsizliyi artıracaq.

Ukrayna rəhbərliyi eyni zamanda bəyan edib ki, İran xalqı minilliklərə söykənən şanlı tarixə sahib olan ləyaqətli bir millətdir və onlar müharibə, terror və yalan üzərində qurulmuş rejim altında deyil, azad və dinc bir həyat sürməyi haqq edirlər.

Ukrayna həmçinin əmindir ki, "güc yolu ilə sülh" yanaşması təkcə Yaxın Şərqdə deyil, Avropada da beynəlxalq təhlükəsizliyi möhkəmləndirə bilər.

Bəyanatın sonunda Ukrayna Yaxın Şərqdəki vəziyyətin son dərəcə həssas olduğunu bildirərək bütün tərəfləri gərginliyi azaltmağa və danışıqlar yolu ilə sülhə üstünlük verməyə çağırıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUN 2026
Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Bütün Xəbərlər