Türkiyə sahillərində bərədə yanğın çıxdı, 16 nəfər dənizə tullanaraq xilas oldu

Türkiyə sahillərində bərədə yanğın çıxdı, 16 nəfər dənizə tullanaraq xilas oldu
25.07.2025 17:53 Dünya

İstanbulun Kınalıada sahillərində üzən bir yaxtada naməlum səbəbdən yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Qısa müddətdə alovun güclənməsi səbəbindən yaxtada olan sərnişinlər dənizə tullanaraq canlarını qurtarıb.

Hadisə ilə bağlı məlumat alan Sahil Mühafizəsi Komandanlığına məxsus qruplar dərhal hadisə yerinə göndərilib. Ekipajın vaxtında müdaxiləsi nəticəsində dənizə tullanmış 16 nəfər sağ-salamat sudan çıxarılıb və xilasedici qayıqlara alınaraq sahilə gətirilib.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi araşdırılır. 

Töhfə Səməd 

XƏBƏR LENTİ
24 IYUN 2026
Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi 22:15 Günəş qasırğası Yer kürəsini elektrik enerjisiz və internetsiz qoya bilər 22:13 DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi 02:03 Sabah bu ərazidə QAZ olmayacaq 23:38 Bu rayonlarda işıq OLMAYACAQ 23:35 Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj 01:11 Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçildi 22:49 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq 21:27 Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO 23:12 ÜST-dən XƏBƏRDARLIQ: "Sürətlə yayılır" 22:53 BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq 22:46 DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək 23:07 Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək" 22:40 DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Türkmənistan Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 İsrailin ABŞ-dəki səfiri atəşkəs danışıqlarını "qatar qəzası" adlandırdı 21:12 Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 21:10 Rubio Əbu-Dabiyə eniş etdi - Nələr müzakirə ediləcək? 21:03 Bütün Xəbərlər