Turizmin artması və elmi layihələr Antarktidanı çirkləndirir

Turizmin artması və elmi layihələr Antarktidanı çirkləndirir
21.08.2025 18:30 Dünya

Beynəlxalq tədqiqatçılar qrupu Antarktidada artan turist axınının və genişlənən elmi layihələrin ətraf mühiti daha çox çirkləndirdiyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Nature Sustainability" jurnalı məlumat verib.

Tədqiqata görə, insanların fəaliyyət göstərdiyi ərazilərdə ağır metalları ehtiva edən toz və kiçik hissəciklərin miqdarı son 40 ildə 10 dəfə artıb.

Bu dəyişiklik eyni zamanda turist sayının son 20 ildə 20 mindən 120 minə qədər artması fonunda baş verib. 

Beynəlxalq Antarktida Turizm Operatorları Assosiasiyası bildirib ki, Antarktidada insanların artan mövcudluğu, xüsusilə fosil yanacaqların yanmasından yaranan çirklənmə baxımından ciddi narahatlıq doğurur.

Tədqiqatçılar açıqlayıb ki, bölgəyə gələn gəmilər, təyyarələr və quru nəqliyyat vasitələri çirkli fosil yanacaqları ilə işləyir. Bu yanacaq növlərinin yanması nəticəsində atmosferə nikel, mis, sink və qurğuşun kimi zərərli maddələr yayılır. Turistlərin daha çox getdiyi bölgələrdə qar bu çirklənmə səbəbindən daha sürətlə əriməyə başlayıb. Təkcə bir turistin fəaliyyəti 100 ton qarın əriməsinə səbəb ola bilər.

Bundan əlavə, ağır metalların səviyyəsi təkcə turizmə görə deyil, həm də uzunmüddətli elmi ekspedisiyalar nəticəsində də yüksəlib. Belə ki, bir elmi tədqiqat qrupu ətraf mühitə bir turistlə müqayisədə 10 qat artıq təsir göstərə bilər.

Tədqiqatda Antarktidanın qorunması istiqamətində mühüm addımların atıldığı qeyd olunub. Məsələn, bölgədə çirkləndirici ağır yanacaqların istifadəsi qadağan edilib və turizm sənayesi elektrik-hibrid gəmilərə keçidə başlayıb.

Bununla belə, tədqiqatçılar xəbərdarlıq edir ki, hazırkı tədbirlər yetərli deyil:

“Nəticələrimiz göstərir ki, insan fəaliyyətinin mənfi təsirlərini azaltmaq üçün daha ciddi addımlar atılmalıdır”, – deyə alimlər yazır.

Onlar bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsini və fosil yanacaqlardan istifadənin azaldılmasını tövsiyə edirlər.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 Bütün Xəbərlər