Tramp sərt ritorikaya keçir: Putini “insanları öldürən” lider adlandırdı

Tramp sərt ritorikaya keçir: Putini “insanları öldürən” lider adlandırdı
27.05.2025 16:44 Dünya

ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə münasibəti son həftələrdə ciddi dəyişiklik nümayiş etdirir.

TodayPress TV "Yle"yə istinadən xəbər verir ki, Tramp illərlə Putinə qarşı loyal münasibət sərgiləsə də, Türkiyədə sülh danışıqlarının uğursuzluqla nəticələnməsindən və Rusiyanın genişmiqyaslı hücumundan sonra ritorikasını sərtləşdirib.

Tramp ilk dəfə açıq şəkildə Putini tənqid etdi

Mayın 26-da baş vermiş raket hücumundan sonra Tramp ilk dəfə olaraq açıq şəkildə Rusiya liderinə qarşı sərt danışıb:

“Mən onu uzun illərdir tanıyıram, həmişə münasibətimiz normal olub. Amma indi şəhərlərə raket atır, insanları öldürür və bu mənim heç xoşuma gəlmir”, - deyə Tramp bildirib.

Tramp daha əvvəl də Ukraynaya edilən hücumları pisləsə də, Putini birbaşa ittiham etməkdən çəkinirdi. Bu dəfə isə o, Putin haqqında “insanları öldürür” və “dəli olmağa doğru gedir” ifadələrini işlədib.

Ağ Ev lideri, həmçinin Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirdiyini açıqlayıb.

Tramp sülh prosesində özünü əsas fiqur hesab edir

İlin əvvəlindən bəri Tramp Putinə qarşı konstruktiv və zaman-zaman simpatiya dolu mövqe sərgiləyib. Fevral ayında o, hətta müharibəyə görə Ukraynanı günahlandıraraq prezident Volodimir Zelenskini “diktator” adlandırmışdı. O, dəfələrlə bəyan etmişdi ki, əgər danışıqlar masasına əyləşsə, bir sutkada atəşkəsə nail ola bilər.

Tramp bunu şəxsi münasibətləri ilə əsaslandırırdı. Onun sözlərinə görə, Putinlə olan əlaqəsi müharibənin taleyini tez bir zamanda həll edə bilər.

Trampın Zelenski ilə may ayının sonunadək bir neçə dəfə görüşdüyü bildirilsə də, Putinlə şəxsi görüş baş tutmayıb. Rusiya və Ukrayna nümayəndələri 15 mayda İstanbuldakı danışıqlarda bir araya gəlsələr də, nə Putin, nə də Zelenski həmin görüşə qatılmayıb.

Danışıqlardan sonra Tramp bildirmişdi ki, Putin görüşə gəlməyəcəkdi, çünki o, özü də orada deyildi:

“Mən və Putin üz-üzə gəlmədən heç nə baş verməyəcək”, - deyə Tramp bəyan etmişdi.

ABŞ Ukrayna-Rusiya vasitəçiliyindən çəkilə bilər

Aprel ayında ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, əgər sülh prosesində irəliləyiş olmazsa, ABŞ danışıqların vasitəçiliyindən çəkilə bilər.

Tramp isə hər fürsətdə bəyan edir ki, Ukrayna ilə bağlı sülh danışıqları “irəliləyir”. Sonuncu dəfə o, keçən həftə Putinlə iki saat davam edən telefon danışığı aparıb. Danışıqdan sonra Tramp öz sosial media platformasında bildirib ki, atəşkəs danışıqları “dərhal” başlayacaq.

Amma Rusiya bu barədə heç bir açıqlama verməyib və hücumlarını davam etdirir.

Trampın səbri tükənir?

ABŞ-nin Ukraynadakı keçmiş səfiri və Trampın prezidentliyi dövründə müşaviri olmuş Kurt Volker mayın əvvəlində Kiyevdə keçirilən təhlükəsizlik forumunda bildirib ki, Tramp artıq narahatdır. Onun fikrincə, Rusiya sülh danışıqlarını uzatmaqla vaxt qazanmağa çalışır və bu, Trampın səbrini tükədir.

Bütün bunların fonunda analitiklər qeyd edirlər ki, Tramp artıq Rusiyaya qarşı daha sərt mövqedən çıxış etməyə başlayıb. Bu isə onun ikinci prezidentliyi dövründə ABŞ-nin xarici siyasət kursuna təsir edə bilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər