İsa Türkiyə-Ermənistan sərhədində "zühur etdi"

İsa Türkiyə-Ermənistan sərhədində "zühur etdi"
20.07.2026 13:53 Dünya

Ermənistanda Türkiyə sərhədinə yaxın ərazidə dünyanın ən hündür İsa heykəlinin inşası davam edir.

TodayPress TV xəbər verir ki, İrəvan yaxınlığındakı Hatis dağının zirvəsində ucaldılan abidənin hündürlüyü 101 metr olacaq.

Layihə tamamlandıqdan sonra Rio-de-Janeyrodakı məşhur "Xilaskar İsa" heykəlini və Nyu-Yorkdakı Azadlıq heykəlini hündürlüyünə görə geridə qoyacaq.

Nəhəng layihə erməni milyarder Qaqik Tsarukyan tərəfindən maliyyələşdirilir. Heykəlin tikintisinə 2022-ci ildə başlanılıb, lakin işlər fasilələrlə davam etdiyindən hələlik açılış tarixi müəyyən edilməyib.

İlkin mərhələdə heykəlin hissələrinin dağın zirvəsinə helikopterlərlə daşınması planlaşdırılsa da, sonradan logistika problemləri səbəbindən bu plandan imtina edilib. Hazırda hissələrin xüsusi yük maşınları ilə dağ yolları vasitəsilə zirvəyə çatdırılması və montajın yerində aparılması nəzərdə tutulur.

Layihə Ermənistanda birmənalı qarşılanmır. Erməni Apostol Kilsəsi heykəlin miqyasını və memarlıq üslubunu tənqid edərək bildirib ki, Ermənistanın xristian irsi nəhəng insan fiqurlarına deyil, qədim monastırlara, kilsələrə və xaç daşlarına əsaslanır.

Bundan əlavə, mədəniyyət fəalları və ekoloqlar da layihənin Hatis dağının təbii və tarixi mühitinə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Qiymət Mahir

XƏBƏR LENTİ
26 IYUL 2026
Füzulidə keçirilən aerokosmik festival böyük maraqla qarşılandı - FOTOLAR 20:22 “Ukraynanın ərazi bütövlüyünü yalnız biz qoruyurduq” - Putin 20:02 Putin müharibənin məsuliyyətini “öz çiyinlərindən atdı” 19:40 Bakıda temperatur enəcək 19:23 Putin əmr verdi - “Piratlarla belə mübarizə aparın!” 19:01 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah hava… 18:41 İran yalnız bu şərtlərlə razılaşa bilər - AÇIQLANDI 18:17 Xəzərdə vurulan gəmidə nə var idi? - Ukrayna AÇIQLADI 17:58 TƏCİLİ: ABŞ Yaxın Şərqə hərbi texnika göndərir - FOTO 17:36 Suriya liderindən dünyaya xəbərdarlıq: “Bu dəfə məzhəb savaşı başlaya bilər” 17:11 Gərginlik artır: İran Ukraynanı hədələdi 16:51 Ukraynada yeni baş komandanın adından yayılan bu xəbər SAXTA İMİŞ 16:33 Ərdoğandan İspaniyaya təcili yardım 16:07 18 yaşına çatanlar ölkəni tərk etməlidir – Putindən miqrantlarla bağlı yeni qərar 15:47 Vaşinqtonun addımından sonra Tehran mühüm qərar verdi 15:26 “SVO üçün hər şey” yox oldu – “Wildberries” hərbi məhsulları gizli satır? 15:01 Dəhşətli qəzada xəsarət alanlardan biri vəfat etdi 14:37 Azərbaycanın mövcudluğunun və qalibiyyətininin sirri – Ramiz Yunus yazır… 14:38 Xalq şairinin vəziyyəti ağırlaşdı - TƏCİLİ 14:26 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:08 Ukrayna Tokayevin Putinə dediyi bu sözləri dəstəklədi 13:45 Əhaliyə XƏBƏRDARLIQ edildi: Bu tarixlərdə diqqətli olun! 13:18 ABŞ ordusuna milyardlıq ziyan - İran AÇIQLADI 13:14 Makron: “Belə yanğınlar İkinci Dünya müharibəsindən bəri olmayıb” 12:57 Yeni həftənin ilk günü hava necə olacaq? 12:28 Bütün Xəbərlər