Tramp külək elektrik stansiyalarını ekoloji “dələduzluq” adlandırdı

Tramp külək elektrik stansiyalarını ekoloji “dələduzluq” adlandırdı
28.07.2025 17:16 Dünya

ABŞ Prezidenti Donald Tramp külək elektrik stansiyalarını “ekoloji fırıldaq” adlandıraraq, onların təbiətə zərər verdiyini və quşları öldürdüyünü bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın "The Times" nəşri məlumat yayıb.

Tramp bu fikirlərini Şotlandiyanın Turnberri kəndində yerləşən şəxsi qolf klubunda keçirdiyi mətbuat konfransında səsləndirib.

“Mən Avropaya deyirəm: biz Birləşmiş Ştatlarda belə külək turbinlərinin inşasına icazə verməyəcəyik. Onlar bizi məhv edir. Onlar bizim mənzərələrimizin, vadilərimizin və gözəl düzənliklərimizin gözəlliyini yox edir”, - deyə Tramp vurğulayıb.

Səfərinin üçüncü günündə Tramp bildirib ki, Şotlandiyanın Eyrşir bölgəsində yerləşən qolf meydançasının “18-ci dəliyindən” görünən mənzərə külək turbinləri səbəbilə pozulub. Onun sözlərinə görə, üfüqdə doqquz ədəd külək turbininin görüntüsü seçilir.

ABŞ prezidenti əlavə edib ki, külək turbinləri fikrini ekoloqlar irəli sürsə də, onlar əslində ekoloji cəhətdən zərərli texnologiyalardır. Çünki onların qanadlarında istifadə olunan liflər parçalanmır və torpağa basdırıla bilmir.

Tramp həmçinin qeyd edib ki, külək turbinlərinin yaratdığı səs-küy təbiətə mənfi təsir göstərir və onların qanadları quşları məhv edir. O, Massaçusets ştatında yerləşən bir bölgəni nümunə göstərərək deyib: “Son 20 ildə sahilə cəmi bir-iki balina çıxmışdı, lakin indi bu say 18-ə çatıb. Çünki külək turbinləri onları dəli edir”.

Töhfə Səməd

XƏBƏR LENTİ
24 IYUN 2026
İran Azərbaycana ağız açdı - Gözlər Bakıda 08:30 Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur 08:06 Qan təzyiqini aşağı salmağın qeyri-adi ÜSULU 22:27 Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları 22:23 Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər 22:25 Çində ultrabənövşəyi şüaları əks etdirən nanoipək hazırlandı 22:17 Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi 22:15 Günəş qasırğası Yer kürəsini elektrik enerjisiz və internetsiz qoya bilər 22:13 DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi 02:03 Sabah bu ərazidə QAZ olmayacaq 23:38 Bu rayonlarda işıq OLMAYACAQ 23:35 Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj 01:11 Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçildi 22:49 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq 21:27 Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO 23:12 ÜST-dən XƏBƏRDARLIQ: "Sürətlə yayılır" 22:53 BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq 22:46 DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək 23:07 Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək" 22:40 DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Bütün Xəbərlər