Tramp Britaniyaya gedəcək

Tramp Britaniyaya gedəcək
14.07.2025 10:37 Dünya

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Karlın rəsmi dəvətini qəbul edərək 17–19 sentyabr tarixlərində ölkəyə dövlət səfəri edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Bukingem sarayının yaydığı məlumatda deyilir.

Tramp Britaniyaya iki dəfə dövlət səfəri edən ilk ABŞ prezidenti olacaq. İndiyədək heç bir ABŞ lideri - hətta təkrar seçilənlər belə - iki dəfə bu statusda səfərə dəvət edilməyib. Adətən, ikinci müddətində prezidentlər sadəcə çay və ya nahar üçün dəvət olunub.

Tramp ilk dəfə 2019-cu ildə mərhum kraliça II Elizabetin dəvəti ilə Britaniyaya dövlət səfəri etmişdi.

Bu dəfə kral III Karl və kraliça Kamilla Tramp və birinci xanım Melaniyanı təmir işləri səbəbilə Bukingem sarayı yox, Vindzor qalasında qəbul edəcəklər.

Səfər proqramı hələ açıqlanmasa da, rəsmi qarşılanma mərasimi və Vindzordakı Müqəddəs Georgi salonunda şam ziyafəti planlaşdırılır. Mərasimlərdə Uels şahzadəsi və şahzadəsi də daxil olmaqla kral ailəsinin əsas üzvləri iştirak edəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 IYUN 2026
İran Hörmüz boğazı üçün yeni addım atır: Rabitə xətti istifadəyə verilir 08:32 DÇ-26: Norveç Seneqalı məğlub etdi 08:24 Yayda qəhvə içənlərə xəbərdarlıq: Ürəyiniz üçün təhlükəli ola bilər 23:55 Süni intellekt liderləri dünyaya mesaj verdilər: Beynəlxalq qaydalar yenidən yazılmalıdır 23:53 Süni intellekt ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi sistemlərinə daxil olub 23:51 Süd haqqında yeni araşdırma: Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır 23:50 Günəşin yeganə aktiv mərkəzi tezliklə Yerə doğru dönəcək 23:48 Musiqi prodüseri Klayv Devis vəfat etdi 23:10 Konqoda naməlum xəstəlik: Simptomların görünməsindən 24 saat sonra öldürür 23:47 Kanadada sinaqoqun qarşısında atışma - ölənlər var 00:49 "Qiyamət günü" radiostansiyası üç dəfə sirli mesajlarla efirə çıxdı 23:45 Tramp NATO müttəfiqlərini tənqid etdi: İtaliya və Almaniya bizi dəstəkləmədi 00:51 Tramp İranın nüvə proqramı ilə bağlı gözləntisini açıqladı 23:57 Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu 22:49 Taekvondoçularımız beynəlxalq çempionatda 3 medal qazandılar 23:32 Livanda dağıdılan evlərin sayı AÇIQLANDI 22:20 Enişdən sonra gözlənilməz hadisə: Təyyarənin təkəri partladı 22:17 DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı 23:09 6 milyarddan 120 milyarda: Beynəlxalq banklarda bloklanan İran pullarını kim xərcləyəcək? 23:01 Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı 22:12 Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB 20:57 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Bütün Xəbərlər