Tramp: "ABŞ politun siqnalını pusqu hesab edib"

Tramp: "ABŞ politun siqnalını pusqu hesab edib"
05.04.2026 22:30 Dünya

“İran tərəfindən vurulan F-15 təyyarəsinin ekipaj üzvündən gələn siqnal əvvəlcə ABŞ tərəfindən pusqu ola biləcəyi kimi qiymətləndirilib. ABŞ tərəfi bunun İranın xilasetmə komandasını pusquya salmaq cəhdi ola biləcəyindən ehtiyat edib”.

TodayPress TV xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Axios”a müsahibəsi zamanı deyib.

O bildirib ki, yaralı ekipaj üzvü dağlıq ərazidə 24 saatdan çox sağ qala bilib və şənbə günü xüsusi təyinatlıların əməliyyatı ilə xilas edilib. Əməliyyatda təxminən 200 xüsusi təyinatlı iştirak edib.

Trampın sözlərinə görə, İran hərbçiləri təyyarəni çiyindən atılan raketlə vurublar və o, bunu şans əsəri kimi qiymətləndirib.

ABŞ rəsmiləri əvvəlcə ekipaj üzvünün radiosiqnalından sonra onun İranın əlinə keçmiş ola biləcəyini və yanlış siqnallar göndərildiyini düşünüblər.

Ekipaj üzvü radiosu ilə qısa mesaj verib. ABŞ tərəfi sonradan onun sağ olduğunu və əsir düşmədiyini təsdiqləyib.

ABŞ prezidentinin sözlərinə görə pilot daha tez, gündüz saatlarında və güclü atəş altında xüsusi əməliyyatla xilas edilib. İki ekipaj üzvü bir-birindən bir neçə kilometr aralı düşüb və ərazidə yüzlərlə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri olub.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər