Siyarto: "Ukraynanın Aİ-yə üzvlüyü Macarıstan xalqının iradəsindən asılıdır"

Siyarto: "Ukraynanın Aİ-yə üzvlüyü Macarıstan xalqının iradəsindən asılıdır"
27.06.2025 05:11 Dünya

Macarıstan xalqının iradəsi olmadan Ukraynanın üzvlüyü baş tutmayacaq.

TodayPress TV xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” hesabında yazıb.

“Ukrayna Xarici İşlər Nazirliyi dünən bildirib ki, macar xalqının Ukraynanın Aİ-yə üzvlüyünə dəstək olub-olmaması ilə bağlı qərar vermək hüququ yoxdur. Ukrayna Xarici İşlər Nazirliyi səhv edir”, - Siyarto qeyd edib.

XİN rəhbəri Macarıstan xalqının iradəsi olmadan Ukraynanın Aİ üzvlüyünün baş tutmayacağını vurğulayıb:

“Hörmətli ukraynalı həmkarlar, Aİ-yə üzvlüklə bağlı qərar verən siz deyilsiniz, Zelenski və Ukrayna hökuməti deyil. Bu qərar bizə - Aİ vətəndaşlarına, o cümlədən macarlara məxsusdur”.

Nazirin sözlərinə görə, Macarıstan Ukrayna ilə inteqrasiya prosesinin bir hissəsi olmaq istəmir:

“Bizi müharibə ilə təhdid edən, enerji təhlükəsizliyimizi riskə atan və fermerlərimizi bir dəfə az qala məhv edən bir ölkə ilə inteqrasiya prosesinin bir hissəsi olmaq istəmirik”.

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 Bütün Xəbərlər