Sibiqadan Putinə sərt reaksiya: “Hara ayaq basırsa, orada ölüm və dağıntı olur”

Sibiqadan Putinə sərt reaksiya: “Hara ayaq basırsa, orada ölüm və dağıntı olur”
21.06.2025 13:06 Dünya

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışına sərt reaksiya verib. 

TodayPress TV xəbər verir ki, o, sosial media hesabında bəyanat yayıb. 

Sibiqa, Putinin "rus və ukraynalıların eyni xalq olduğu, bu baxımdan Ukraynanın tamamının Rusiyaya məxsus olduğu və Rusiya əsgərinin ayaq basdığı hər yerin rus torpağı olduğu" barədə sözlərini kəskin tənqid edib.

O bildirib ki, bu bəyanatlar ABŞ-nin sülh təşəbbüslərinə açıq hörmətsizlikdir:

“ABŞ və dünya müharibənin dayandırılmasına çağırış etdiyi bir vaxtda, Rusiyanın ən böyük hədəfi daha çox Ukrayna torpağını işğal etmək və ukraynalını öldürməkdir”.

Diplomatın sözlərinə görə, rus əsgərinin ayaq basdığı hər yerə yalnız ölüm, dağıntı və fəlakət gəlir. Sibiqa, həmçinin vurğulayıb ki, Rusiya müharibədə böyük itkilər versə də, Vladimir Putin buna əhəmiyyət vermir.

“Putin nə Rusiya əsgərlərini, nə də Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə məhv etdiyi hərbçilərin cəsədlərini düşünür. O, öz xalqının qatilidir. O, Ukraynada cəmi bir strateji hədəfə belə çatmadan 1 milyon rus əsgərini qan gölündə məhv etdi”, - deyə Sibiqa sərt ifadələrlə bildirib.

Sonda XİN başçısı müttəfiqlərə çağırış edərək deyib:

“Rusiyaya qarşı təzyiqlər artırılmalı, Ukraynaya hərbi dəstək gücləndirilməlidir. Rusiyanı terrorçu dövlət kimi tanıyın, tam təcrid edin. Moskvanı ayıldın!”.

Töhfə Səməd 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Samuxda "qara yara" həyəcandı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 Almaniyada dəhşətli meşə yanğını: Bütün kənd təxliyə edildi 13:45 Sabah çimərliklərdə hava necə olacaq? 12:51 Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi 13:11 Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi əmək qanunlarının təməlini qoydu 13:06 “Barselona”da yeni transfer planı: Suares üçün yaşıl işıq yandı! 14:01 Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi 13:59 Hesablama Palatasına yeni səlahiyyətlər verildi 13:55 “Dövlət auditi” informasiya sistemi yaradıldı - FƏRMAN 13:52 APL-də çempionluq savaşı: “Arsenal” rəqiblərini geridə qoydu! 13:48 Tokio Putinə görə təcili hərəkətə keçdi - NƏ BAŞ VERİR ? 12:44 Fidan Qurbanlı dünya səhnəsində 43-cü pillədə qərarlaşdı 13:37 Sabah hava necə olacaq? - PROQNOZ 12:29 "Wildberries" anbarına dəyən dron zərbələri 11 milyon kitabı külə çevirdi 11:52 ABŞ xarici hakerlərə hücum edəcək 11:50 Yaponiyada güclü leysan 8 can aldı 11:04 Nkunkunun “Milan” macərası bitir: Klub futbolçunu yola salır! 12:47 Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA 11:34 Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı” 12:31 Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir 11:26 “Barselona” geri çəkilmir: Rodri üçün üçüncü təklif hazırlanır! 12:23 Latviyada naməlum PUA təşviş yaratdı: NATO hərəkətə keçdi 12:15 Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək 10:47 Hörmüz boğazında gərginlik: İki tankerə hücum edildi 11:16 Bütün Xəbərlər