Sərhəddə böyük əməliyyat: 29 üsyançı öldürüldü

Sərhəddə böyük əməliyyat: 29 üsyançı öldürüldü
29.06.2026 09:46 Dünya

Bazar günü Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yerləşən şimal-qərbi Xayber Paxtunxva əyalətində quru əməliyyatı keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar "X" hesabında paylaşım edib.

"Təhlükəsizlik qüvvələri Pakistan-Əfqanıstan sərhədi boyunca yaxşı planlaşdırılmış, kəşfiyyat məlumatlarına əsaslanan quru əməliyyatı keçirib, ardınca sərhəd bölgəsində Camaat-ül-Əhrar və Fitna əl-Xəvaric (əvvəllər Tehrik-e-Taliban Pakistan və ya Pakistan Taliban Hərəkatı kimi tanınırdı -red.) terrorçuların sığınacaqlarına və düşərgələrinə qarşı dəqiq zərbələr endirib və 29 üsyançını öldürüb",- nazir qeyd edib.

Məlumata görə, yerüstü əməliyyat zamanı dəqiq zərbələr endirilib və Pakistan-Əfqanıstan sərhədi boyunca qruplara məxsus üç hədəf, o cümlədən silah və sursat anbarları məhv edilib.

Nazir vurğulayıb ki, Pakistanın terrorizmə qarşı əməliyyatları xaricdən dəstəklənən və sponsorluq edilən ölkənin təhlükəsizliyinə qarşı hər hansı bir təhdidi aradan qaldırmaq üçün "tam sürətlə" davam edəcək.

İslam Respublikası silahlı qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, təhlükəsizlik qüvvələri 2025-ci ildə 2597 yaraqlını öldürüb. Bu dövrdə Pakistanda 5397 terror hücumu qeydə alınıb və nəticədə 1235 nəfər həlak olub. Bu hücumların 70 faizindən çoxu Xayber Paxtunxvada, təxminən 29 faizi isə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib. Hər iki bölgə Əfqanıstanla uzun bir sərhədə malikdir və Pakistan hakimiyyətinin məlumatına görə, terror düşərgələrinin yerləşdiyi yer buradır.

XƏBƏR LENTİ
14 AVQUST 2026
Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 Rusiyanın HHM raketi Qara dənizə düşdü - VİDEO 21:23 İngiltərədə sərnişin qatarı relsdən çıxdı 21:16 Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı 21:05 Bütün Xəbərlər