Rusiya Yaxın Şərq və Asiya ölkələri ilə vizasız rejimə hazırlaşır

Rusiya Yaxın Şərq və Asiya ölkələri ilə vizasız rejimə hazırlaşır
25.06.2025 12:03 Dünya

Rusiya Federasiyası bir sıra Yaxın Şərq və Asiya ölkələri ilə viza rejimini ləğv etməyə hazırlaşır.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Maksim Reşetnikov diplomatik missiya nümayəndələri ilə görüş zamanı bildirib.

Reşetnikovun sözlərinə görə, 2025-ci ilin aprelində Rusiya artıq Omanla vizasız gediş-gəliş haqqında saziş imzalayıb. Yaxın vaxtlarda İordaniya, Myanma, Bəhreyn və digər ölkələrlə də oxşar sazişlərin imzalanması planlaşdırılır.

Nazir əlavə edib ki, Rusiya elektron vizanın tətbiq olunduğu ölkələrin sayını artıracaq (hazırda bu siyahıda 64 ölkə var) və çoxdəfəlik elektron viza rejiminin tətbiqi məsələsini də nəzərdən keçirəcək.

 2025-ci ilin iyun ayına olan vəziyyətə görə, Rusiya vətəndaşları 125 ölkə və əraziyə vizasız səyahət edə bilirlər. Bunların 79-u ilə vizasız rejim qüvvədədir, 46 ölkə isə hava limanında və ya elektron viza ilə girişə icazə verir.

Qiymət Mahir

XƏBƏR LENTİ
04 AVQUST 2026
Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 Bütün Xəbərlər