Ermənistanda hakim fraksiyada gərginlik: Köçəryanı “arxivə göndərirlər”

Ermənistanda hakim fraksiyada gərginlik: Köçəryanı “arxivə göndərirlər”
04.11.2025 11:42 Dünya

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları Andranik Koçaryan və Hayk Sarkisyan arasında növbəti insident baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, qalmaqal Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının qapalı iclasında yaşanıb. 

Komissiyanın sədri Andranik Köçəryan 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Ayka Sarkisyanan notbukdan istifadəni dayandırmağı tələb edib. O əlavə edib ki, iclas zalında səs və ya video yazan cihazların istifadəsi qadağandır. Deputat tələbi yerinə yetirməkdən imtina etdikdə, tərəflər arasında mübahisə yaranıb və iclas Sarkisyan zalı tərk edənədək dayandırılıb.

Mənbələrin məlumatına görə, Köçəryan və Sarkisyan arasındakı ziddiyyət uzunmüddətlidir. Bildirilib ki, Sarkisyan dəfələrlə Köçəryandan şikayətlərlə Baş nazir Nikol Paşinyana müraciət edib. Öz növbəsində, Köçəryan həmkarına qarşı açıq narazılıq və sərt ifadələr işlətməsi ilə tanınır.

“Joxovurd” yazır ki, gərgin münasibətlər təkcə bu iki deputat arasında deyil. Andranik Köçəryanın parlament sədri Alen Simonyanla da münasibətləri pisləşib. 27 oktyabr anım tədbiri zamanı deputat Simonyanı görməməzlikdən gəlib.

Qəzetin məlumatına görə, tərəflər arasındakı ziddiyyətin səbəbi Simonyanın 44 günlük müharibənin səbəblərini araşdıran parlament komissiyasının hesabatını plenar iclasa çıxarmamaq və sənədi arxivə göndərmək qərarı olub.

İddiaya görə, Köçaryan yaxın çevrəsində bəyan edib ki, hesabatı növbəti çağırış parlamentdə təqdim edəcək. Simonyanın tərəfdarları isə bildirirlər ki, “yeni parlamentdə nə hesabat, nə də Köçəryan üçün yer olacaq. Onu da hesabatla birlikdə arxivə göndərəcəklər". 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 Bütün Xəbərlər