Rubio Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə adlandırdı

Rubio Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə adlandırdı
13.09.2025 23:35 Dünya

ABŞ Dövlət katibi Marko Rubio Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanına daxil olmasını qəbuledilməz və təhlükəli hadisə adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

"Şübhə yoxdur ki, dronlar qəsdən buraxılıblar. Sual odur ki, pilotsuz təyyarələr Polşaya uçmaq məqsədi daşıyırdı. Əgər mövcud məlumatlar bizi bu qənaətə gətirirsə, o zaman aydındır ki, bu, eskalasiya xarakterli addımdır. Bir sıra başqa ehtimallar da var. Lakin biz hər hansı yekun nəticə çıxarmazdan əvvəl bütün faktları toplamaq və müttəfiqlərimizlə məsləhətləşmək istəyirik".

Prezident Donald Tramp daha əvvəl də oxşar şərhlər vermişdi. Varşava hökuməti dronların qəsdən Polşa hava məkanına göndərildiyini iddia edir.

Xatırladaq ki, 2025-ci il sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərbinə kütləvi hücumu zamanı onlarla pilotsuz təyyarə Polşanın hava məkanını pozub. Polşa hərbçiləri pilotsuz təyyarələrin vurulduğunu və onların qalıqlarının sərhəd bölgələrində tapıldığını, lakin itkilərin olmadığını bildirib. Baş nazir Donald Tusk fövqəladə toplantı çağıraraq, NATO tərəfdaşları ilə koordinasiyanı vurğulayaraq, müttəfiqlərini insidentlə bağlı məlumatlandırıb.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində insidentdə iştirakını inkar edir.

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Beyin xərçənginin ilk simptomları nələrdir? - Həkimlərdən xəbərdarlıq 21:27 Keyfiyyətsiz yanacağın gizli əlamətləri 21:16 Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah etdi 21:13 DÇ-2026: Fildişi Sahili qələbə qazandı, Kurasao mundialla vidalaşdı 02:04 DÇ-2026: Ekvadora məğlub olan Almaniya qrupu lider kimi tamamladı 02:02 İllüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxdı 20:40 ABŞ Venesuelaya 150 milyon dollar ayıracaq 01:34 Ulduz futbolçudan gözlənilməz qərar: Millidəki karyerasını başa vurdu 23:43 Fransız futbolçu boğularaq öldü 23:23 Göygöldə "QAZel" yeddi yaşlı uşağı vurdu 23:36 Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi 00:22 Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür 00:12 Rubio İran üçün investisiya fondu iddialarını təkzib etdi 23:43 Pavel Durov Gürcüstana səfər etdi 23:32 ABŞ artıq neytral vasitəçi deyil - Makron 23:37 Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı 23:20 İlham Əliyev Azərbaycan Ordusu ilə bağlı paylaşım etdi 23:11 İsrail Prezidentinin helikopteri quşlarla toqquşdu 22:45 Zelenski TƏSDİQLƏDİ - Müharibənin taleyini dəyişəcək 40 gün! 22:54 Sertifikasiya imtahanında iştirak edən müəllimlərin sayı açıqlandı 21:29 BMT dənizçilərin təxliyəsi planını DAYANDIRDI - Səbəb nədir? 22:36 Ermənistana növbəti dəfə 26 vaqon yanacaq göndəriləcək 21:58 Venesuelada ölənlərin son sayı açıqlandı 22:16 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək 22:16 Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olundu 22:08 Bütün Xəbərlər