Putin: "İran Moskvadan hərbi yardım istəməyib"

Putin: "İran Moskvadan hərbi yardım istəməyib"
19.06.2025 06:32 Dünya

"İran Rusiyadan hərbi yardım istəməyib"

TodayPress TV xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici informasiya agentliklərinə müsahibəsində bildirib.

Putin Rusiya ilə İran arasında strateji tərəfdaşlıq müqaviləsində müdafiə sahəsi ilə bağlı heç bir maddə olmadığını vurğulayıb.

Qeyd edib ki, Rusiya İrana hava hücumundan müdafiə sistemi yaratmaq layihələrini təklif edib, lakin Tehran buna o qədər də maraq göstərməyib.

Rusiya prezidenti əlavə edib ki, Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlıq həmişə beynəlxalq hüquqi çərçivədə qalıb.

Putin Rusiyanın İranda atom elektrik stansiyasları inşa edən mütəxəssisləri haqqında da danışıb.

Bildirib ki, hazırda Buşerdə 250 rusiyalı mütəxəssis var:

"Ora ezam olunanlarla birlikdə 600-ə yaxın rusiyalı mütəxəssis var. Biz İrandan getmirik".

Putin İsrail tərəfi ilə İrandakı həmin rusiyalı mütəxəssislərin təhlükəsizliyi barədə razılaşdıqlarını da söyləyib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər