Pinqvinlərin köməyi ilə zəhərli maddələr aşkar etdilər

Pinqvinlərin köməyi ilə zəhərli maddələr aşkar etdilər
11.05.2026 07:00 Dünya

Tədqiqatçılar Magellan pinqvinlərinin əiştirakı ilə Argentinanın ən ucqar cənub ərazilərində təhlükəli "əbədi kimyəvi maddələr" tapıblar. Bunun üçün mütəxəssislər quşlara su, hava və müxtəlif səthlərdən kimyəvi birləşmələri özünə çəkən xüsusi silikon halqalar taxıblar.

TodayPress TV xəbər verir ki, bu məlumatı CNN yayıb.

Kaliforniya Universitetinin vəhşi təbiət üzrə baytarı Ralf Vanstrels bildirib ki, mütəxəssislər ekoloji çirklənmə səviyyəsini yoxlamaq üçün çoxdan fərqli metodlar axtarışında idilər. O, insanların nümunə toplamaq məqsədilə istifadə etdiyi qolbaqlardan yararlanmaq qərarına gəlib. Bu fikrini o, Baffalo Universitetinin tədqiqatçısı Diana Aqa ilə bölüşərək birgə işə başlayıb.

Üç mövsüm davam edən tədqiqatlar zamanı elmi qrup 55 pinqvindən nümunə götürüb. Halqaların 90 faizindən çoxunda bir çox müasir məişət məhsullarında tətbiq edilən sintetik kimyəvi maddələr qrupu - polifüoralkil birləşmələr (PFAS) aşkarlanıb. Yüksək istiliyə dözümlü olan PFAS-ın təbii yolla parçalanması çox çətindir. Bu maddələr xərçəng xəstəliyi də daxil olmaqla, ciddi sağlamlıq problemlərinə yol aça bilir.

PFAS konsentrasiyası yüksək olmasa da, alimlər tərəfindən mütəmadi olaraq qeydə alınıb. Vanstrels vurğulayıb: "Bu fakt göstərir ki, hətta əhalinin az yaşadığı, ən ucqar bölgələrdə belə heyvanlar davamlı olaraq bu cür zərərli maddələrin təsirinə məruz qalırlar".

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Bütün Xəbərlər