Pələnglər altı nəfəri öldürdü

Pələnglər altı nəfəri öldürdü
18.07.2025 19:15 Dünya

Hindistanın Uttar Pradeş ştatındakı Pilibhit Vəhşi Təbiət Qoruğunda pələnglər iki ay ərzində altı nəfəri öldürüb. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Sonuncu hadisə Fulhar kəndində baş verib. 45 yaşlı fermer Dayarama evindən cəmi 25 metr aralıda pələngin hücumuna məruz qalıb. Vəhşi heyvan onun boğazından dişləyib və meşəyə qaçıb. Fermerin qışqırığını eşidən yaxınları hadisə yerinə çatsalar da, onu xilas etmək mümkün olmayıb.

Bu faciə kənd sakinləri arasında ciddi narahatlıq və etirazlara səbəb olub. Onlar meşə idarəsini səhlənkarlıqda və vətəndaşları vəhşi heyvanlardan qorumamaqda ittiham edirlər. Qeyd olunur ki, Dayaramaya edilən hücum mayın 14-dən bəri bu ərazidə baş verən altıncı belə hadisədir. Fulhar kəndi qoruğun sərhədindən cəmi beş kilometr aralıda yerləşir və pələnglərin kəndə gəlməsi asan olur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUN 2026
Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 Bütün Xəbərlər