Misir və Qətər Qəzza üçün 60 günlük atəşkəsin tezliklə əldə olunacağına inanır

Misir və Qətər Qəzza üçün 60 günlük atəşkəsin tezliklə əldə olunacağına inanır
01.06.2025 21:15 Dünya

Misir və Qətər Qəzza zolağında 60 günlük atəşkəsin tezliklə qüvvəyə minəcəyinə ümid etdiklərini bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyinin yaydığı birgə rəsmi bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Misir və Qətər ümid edirlər ki, yaxın vaxtlarda Qəzzada 60 gün davam edəcək müvəqqəti atəşkəslə bağlı razılaşma əldə olunacaq və bu, gələcəkdə bölgədə daimi atəşkəsin bərqərar olunmasına gətirib çıxaracaq.

Vasitəçilər – İsrail və Fələstin hərəkatı HƏMAS arasında aparılan dolayı danışıqlarda iştirak edən Misir və Qətər nümayəndələri bildiriblər ki, tərəflər arasında mövcud fikir ayrılıqlarının həlli istiqamətində iş aparılır. Danışıqların əsasını ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun son təklifi təşkil edir. Misir və Qətər bu kontekstdə danışıqlarda iştirak edən bütün tərəflərə çağırış ediblər ki, diplomatik prosesə məsuliyyətlə yanaşsınlar və vasitəçilərin Qəzzadakı böhranın aradan qaldırılması səylərini dəstəkləsinlər.

Qeyd edək ki, mayın 29-da “Ynet” portalı məlumat verib ki, Uitkoff Qəzza ilə bağlı yeni plan irəli sürüb. Sənədə əsasən, Qəzzada dərhal 60 günlük atəşkəs elan olunmalı və ilk həftə ərzində HƏMAS tərəfindən sağ qalan 10 israilli girov iki mərhələdə azad edilməlidir. HƏMAS həmçinin 18 həlak olmuş girovun cəsədini də İsrailə təhvil verməlidir. Cavab olaraq İsrail əvvəlcədən razılaşdırılmış siyahıya əsasən fələstinli məhbusları azad edəcək. Sənəddə həmçinin BMT və digər beynəlxalq təşkilatlar vasitəsilə Qəzzaya humanitar yardımın bərpası nəzərdə tutulur. Ağ Evin sözçüsü Kerolayn Livitt eyni gün açıqlama verərək İsrailin bu planı HƏMAS-a təqdim olunmamışdan əvvəl təsdiqlədiyini bildirib.

Mayın 31-də isə radikal hərəkat vasitəçilərə cavab təqdim edib. Bildirilib ki, HƏMAS “10 sağ israilli girovu azad etməyə və 18 həlak olmuş şəxsin cəsədini təhvil verməyə hazırdır”. Bunun əvəzində hərəkat İsrail həbsxanalarından razılaşdırılmış sayda fələstinli məhbusun azad olunmasını tələb edir. Eyni zamanda, HƏMAS cavabında daimi atəşkəsin bərpa olunması, İsrail qoşunlarının Qəzzadan çıxarılması və bölgəyə humanitar yardımın buraxılmasını da tələb kimi irəli sürüb. ABŞ xüsusi nümayəndəsi Stiven Uitkoff və İsrail rəhbərliyi bu cavabı planın faktiki rədd edilməsi kimi qiymətləndiriblər.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Bütün Xəbərlər