Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 76-ya çatdı

Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 76-ya çatdı
19.10.2025 07:00 Dünya

Meksikanın beş ştatında leysan yağışlar və daşqınlar nəticəsində indiyədək 76 nəfər ölüb, 39 nəfər itkin düşüb.

TodayPressv TV xəbər verir ki, bu barədə "El Universal" Meksika hökumətinin saytındakı bəyanata istinadən məlumat yayıb.

Bundan əvvəl 72 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, ən çox Verakrus və İdalqo ştatları zərər çəkib. Verakrusda 34 nəfər ölüb, 14 nəfər itkin düşüb. İdalqoda isə ölü sayı 22-dir, 20 nəfər barəsində xəbər yoxdur. Puebla ştatında 19 nəfər həyatını itirib, 5 nəfərin taleyi naməlum olaraq qalır. Keretaroda isə bir nəfərin öldüyü bildirilir. Ümumilikdə, 90 bələdiyyəyə ziyan dəyib.

Milli Mülki Müdafiə Koordinatoru Tamaulipas ştatındakı Syudad-Madero və Tampiko bələdiyyələrinin, eləcə də Verakrus ştatının Anauak, Syudad-Kuautemok və Panuko bələdiyyələrinin sakinlərinə şənbə günü Panuko çayında suyun səviyyəsinin yüksəlməsi və daha təhlükəsiz ərazilərə təxliyə zərurəti barədə xəbərdarlıq edib.

TodayPressv TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Trampdan Con Boltona sərt ittihamlar – “Ümid edirəm ağır cəza alacaq” 13:19 Ulduz futbolçu “Qarabağ”dan ayrıldı 13:53 Azərbaycan XİN Cibutini təbrik etdi 13:04 Britaniya yeni qaçqın proqramı hazırlayır – Minlərlə insan köçürüləcək 12:42 Sabah hava necə olacaq? - PROQNOZ 12:58 Fransada istilər faciəyə səbəb oldu - 4 uşaq həyatını itirdi 12:33 Paşinyanın mətbuat katibi dəyişir - Yeni sözçü kim olacaq? 12:37 Neft bazarında ucuzlaşma – “Azeri Light” gerilədi 12:22 Qadınlar rəngli, kişilər ağ-qara yuxu görür – SƏBƏB 12:07 İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham etdi - Memorandum tapdalandı 11:52 SEPAH: ABŞ bazalarına cavab zərbələri endirildi 11:41 Venesuelada zəlzələdən sonra bölgəyə giriş məhdudlaşdırıldı 11:18 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:50 DÇ-2026-da pley-offa yüksələn 28 komanda müəyyənləşdi 10:39 ABŞ İrana gecə zərbəsi endirdi – VİDEO 10:32 Aİ-dən Rusiyaya sərt mesaj: İtkilər olsa da, sanksiyalar davam edəcək 10:17 FHN-dən xəbərdarlıq: Güclü yağış və külək təhlükə yaradır 10:14 Təbii fəlakət Pakistana da təsir etdi: Güclü zəlzələ baş verdi - YENİLƏNDİ 08:51 Evdən çıxmazdan əvvəl oxuyun: Leysan və dolu yağacaq 09:47 Ukrayna Rusiyanın strateji hərbi zavodunu vurdu - VİDEO 09:38 Paşinyanın ən yaxın adamına gözlənilməz zərbə – Partiyada rədd edildi 09:26 Tramp "yeni Amerika pasportu"nu təqdim etdi: Üzərindəki yazı diqqət çəkdi - Foto 09:17 DÇ-2026: İspaniya pley-offa yüksəldi 08:40 Xərçəng xəstəliyindən qorunmaq üçün hansı müayinələr vacibdir? 23:02 Kosmosun sərhədində yaranan gümüşü buludların sirri açıldı 23:00 Bütün Xəbərlər