Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var

Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var
04.06.2026 09:31 Dünya

Krım Dəmir Yolu bəzi istiqamətlərdə sərnişin qatarlarının hərəkətini hava təhlükəsi səbəbindən müvəqqəti dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə sərnişindaşıma şirkəti olan “Qrand Servis Ekspress” məlumat yayıb.

Məlumatda bildirilir ki, hərəkətin məhdudlaşdırıldığı sahələrdə olan qatarların sərnişinləri təhlükəsizlik məqsədilə vaqonlardan təxliyə ediliblər.

Moskva vaxtı ilə saat 07:00-a olan məlumata görə, həm Krıma gedən, həm də yarımadadan çıxan ümumilikdə 12 sərnişin qatarı gecikir.

Ən uzun gecikmənin beş saata çatdığı qeyd olunur.

Qeyd edək ki, iyunun 4-nə keçən gecə Krım Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumuna məruz qalıb.

Məlumata görə, Sevastopol şəhərində, Şimal hissəsi, Streletskaya buxtası və İnkerman ərazisində 20-dən çox hava hədəfi məhv edilib.

İlkin məlumata əsasən, Sevastopolun Şimal hissəsində yerləşən bağçılıq sahəsində vurulan pilotsuz uçuş aparatının qalıqları yerə düşüb. Fruktovoye kəndində isə fərdi yaşayış evinin fasadına ziyan dəyib.

Simferopolda qeyri-yaşayış obyektlərinə endirilən zərbə nəticəsində üç nəfər həlak olub, yeddi nəfər isə yaralanıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
30 IYUL 2026
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Bütün Xəbərlər