Kiyevə gecə hücumu: Ölənlərin sayı kəskin artdı - VİDEO - YENİLƏNDİ
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13 nəfərə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “X” hesabında bildirib.
Onun sözlərinə görə, ikisi azyaşlı olmaqla, azı 86 nəfər isə xəsarət alıb.
Paytaxtda 20 yaşayış məntəqəsi birbaşa hücuma məruz qalıb, 100-ə yaxın tikiliyə ziyan dəyib.
Axtarış-xilasetmə qrupları Kiyevin 15 bölgəsində fəaliyyət göstərir.
***
08:18
Rusiyanın Silahlı Qüvvələri iyulun 2-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
TodayPress TV xəbər verir, hücum zamanı şəhərin müxtəlif rayonlarında partlayışlar baş verib.
Yaşayış binaları və mülki infrastruktur obyektlərinə ziyan dəyib, bəzi ərazilərdə yanğınlar qeydə alınıb.
Hadisə yerlərinə xilasedicilər və təcili yardım briqadaları göndərilib. Ukrayna rəsmiləri dağıntıların aradan qaldırılması işlərinin davam etdiyini bildirib.
İlkin məlumata görə, itkilər və ziyanın həcmi ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Türkan İsgəndərli