Kiyevdə dəhşətli gecə: Şəhərin 3 rayonuna eyni anda zərbələr endirildi - VİDEO
Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi zərbələr nəticəsində şəhərin eyni vaxtda üç rayonunda yanğınlar baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Desnyanski, Şevçenkovski və Solomenski rayonlarında anbar və avtodayanacaqda nəqliyyat vasitələri yanıb. Bundan başqa, dördmərtəbəli yaşayış binasında yanğın baş verib, eləcə də qeyri-yaşayış təyinatlı tikilidə dağıntılar qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyi hücum nəticəsində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğul olan müəssisələrin vurulduğunu iddia edib. Ukrayna tərəfi isə bu bəyanata hələlik münasibət bildirməyib.