Kallas: "Rusiya enerjisi alan Avropa ölkələrinə sanksiya nəzərdən keçirilir"

Kallas: "Rusiya enerjisi alan Avropa ölkələrinə sanksiya nəzərdən keçirilir"
25.09.2025 10:06 Dünya

Avropa İttifaqının Xarici İşlər Naziri Kaya Kallas  Macarıstan və Slovakiyanın Rusiya nefti və qazı aldıqlarına görə sanksiyalara məruz qalmamalı olduqlarını deyib. 

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, onun sözlərinə görə, hər iki ölkə qonşu dövlətlərin təqdim etdiyi alternativ enerji təkliflərini də nəzərdən keçirməlidir.

Kallas etiraf edib ki, Rusiya enerji resursları daha ucuzdur. O əlavə edib ki, Aİ Rusiya nefti və qazından imtina etmək üçün mühüm addımlar atsa da, hələ də Rusiyadan enerji asılılığını davam etdirən ölkələr mövcuddur və bu, təəssüf doğurur.

Sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edən ABŞ Prezidenti Donald Tramp Aİ liderləri ilə Rusiya enerji idxalının azaldılması məsələsini müzakirə edəcəyini açıqlayıb. Tramp Avropa ölkələrinin həm Rusiya resurslarını almağa davam etməsini, həm də Moskva ilə mübarizə aparmağa çalışmasını “biabırçılıq” kimi qiymətləndirib.

Daha sonra Avropa Komissiyasının sədri Ursula Fon der Leyen ABŞ Prezidenti ilə görüşdən sonra bəyan edib ki, Aİ 2027-ci ilə qədər Rusiyadan enerji idxalına tamamilə son qoymağı planlaşdırır.

Xatırladaq ki, Macarıstan  bir müddət əvvəl Rusiya ilə enerji əməkdaşlığını davam etdirmək niyyətində olduğunu açıqlamışdı. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər